Dini Şuranın üzvü olan birliklərin Gürcüstan Parlamentinə müraciəti
Gürcüstan Xalq Müdafiəçisinin ofisində fəaliyyət göstərən Dinlər Şurasının üzvləri Parlamentə müraciət ediblər. Onların fikrincə Gürcüstan Konstitusiyasının dəyişikiklər layihəsində nəzərdə tutulmuş bəzi bəyənnamələr inam, vicdan və dini azadlığa və onların məhdudlaşdırılmasına toxunur. Məktubu olduğu kimi sizə təqdim edirik:
Xalq Müdafiəçisində mövcud olan dinlər şurasının üzvləri istəyirik ki, Gürcüstan Konstitusiyasının dəyişikliklər layihəsində nəzərdə tutulmuş, inam, vicdan və dini azadlığa və onların məhdudlaşdırılmasına aid olan bəyənnamələrə dair fikrimizi bildirək.
Məlum olduğu kimi, Gürcüstan Parlamenti ikinci dinləmə ilə qəbul edilmiş redaksiyada, dini azadlığın müdafiəsi maddəsini əlavə etdi və mühafizəli sahəyə müdaxilə etmək və məhdudlaşdırma əsaslarını genişləndirdi. Əgər qüvvədə olan Konstitusiya dini azadlığın məhdudlaşdırılmasını yalnız başqalarının hüquqlarının müdafiə olunması üçün nəzərdə tuturdusa, təqdim olunmuş layihədə ona dövlət və ya ictimai təhlükəsizliyin təminatı, cinayətin aradan qaldırılması, sağlamlığın müdafiəsi və ədalətin həyata keçirilməsi kimi əsaslar əlavə olunub.
Hesab edirik ki, təqdim olunan kriteriyalar dini azadlığın doğrulmayan məhdudiyyətlərinin təhlükəsindən yaranır. dövlət və ya ictimai təhlükəsizliyin təminatı, cinayətin aradan qaldırılması, sağlamlığın müdafiəsi və ədalətin həyata keçirilməsi kimi əsasların əlavə olunması təəccüb yaradır. Qeyd olunan kriteriyalar asan deyil və yüksək risklidir ki, onlardan istifadə etmək ola bilsin leqitim və demokratik dövlətin olması üçün mütləq məqsədlərə xidmət etsin.
Qeyd olunmalıdır ki, dini azadlığın məhdudlaşdırılmasının bu növ əsaslarına İnsan Hüquqlarının Avropa Konvensiyası, mülki və siyasi hüquqların beynəlxalq müqaviləsi və Avropa Konstitusiyasının tam çoxluğu yol vermir.
İnam və dini azadlığın Konstitusiya ilə məhdudlaşdırılması təhlükələrindən danışanda, dini birliklərin çox hissəsinin Gürcüstanda qarşılaşdığı çoxillik problem və maneələri nəzərdə tuturuq. Biz dəfələrlə inamımızı göstərmək məhdudiyyətinin, zorakılıq və dözümsüzlük qurbanı olmuşuq. Ölkənin ali qanununa isə hüququn məhdudlaşdırılması aydın olmayan əsasların əlavə olunması ilə, biz elə problem qarşısında qala bilərik ki, ola bilsin ki, əsas qanunun, Konstitusiyanın əsasında, dini birliklərin hüquqlarının düzgün ölçülü olmayan məhdudiyyətlərə leqitimlik verilsin.
Gürcüstan Parlamentini çağırırıq ki, insan hüquqlarının müdafiəsi standartının pisləşməsinə yol verməsin və demokratik cəmiyyətin ən əsas bəndinin – dini azadlığın pozulmasının xeyrinə addım atılmasın.
Xalq Müdafiəçisində mövcud olan dini şuranın üzv birlikləri:
1. Latın katoliklərin ümum Qafqaz Administrasiyası
2.Ermənilərin Apostol müqəddəs Provoslav Kilsəsinin Gürcüstan Eparxiyası
3. Yezid Ruhanilər Birliyi
4. Evangel-Luteral Kilsə
5. İncilə inanan kilsə (Əlliliklər)
6. Evangel-Baptist kilsəsi
7. Ermənilərin Katolik Kilsəsi
8. Gürcüstan Müsəlmanlar Birliyi
9. Ümum Gürcüstanın Müsəlmanlarının Ali Dini İdarəçiliyi
10. Yeddinci günün Xristian Adventistlər Kilsəsi
11. Evangel kilsəsi yaşamın sözü
12. Açılış Ordusu
13. Müqəddəs Üçlük Protestant Kilsəsi
14. Evangel kilsəsi möhkəm əsas
15. Svedenborgianik Cəmiyyət Gürcüstanda
16. Dostlu cəmiyyət – Kvakerlər
17. Gürcüstanın Krişna Maarifləndirməsinin Beynəlxalq cəmiyyəti
18.Yardıma ehtiyac duyan xristianların ilahi kilsəsi
19. Xristian-Protestant kilsəsi “Xristosun kilsəsi”
Mənbə: Ombudsman.ge
marneulifm1106 Posts
0 Comments