Kiçik və Mikro istehsalçılar üçün təlim keçirildi

usaid

2 avqust tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində mikro və kiçik biznes nümayəndələri üçün maliyyə və vergi mövzusunda təlim keçirildi. Bu barədə İxracatın İnkişafı Assosiasiyasının direktoru Natia Qoliadze bizə məlumat verdi.

“Bugünkü görüş maliyyə və vergilər haqqında təlimdən ibarətdir. Təlim mikro və kiçik istehsalçılara dəstək proqramı çərçivəsində bir neçə raundda qalib gəlmiş benefisiarlara keçirilir. Onlar gələcəkdə vergilər xidməti ilə münasibətdə lazım olacaq mövzuları keçirlər”.

Təlimdə iştirak edən kiçik sahibkar Qela Qonqadzenin dediyinə görə, təlimdə aldığı məlumatlar ona müəssisəsini inkişaf etdirməyə kömək edəcək.

“Bu təlim mənə kömək edəcək. Maliyyə və vergilər haqqında məlumat əldə edirəm. Evdə kiçik suvenir mağazam var indi isə biraz da böyütmüşəm”.

Mikro və kiçik sahibkarlara dəstək proqramı Sahibkarların İnkişafı Agentliyinin dəstəyi ilə regional inkişaf assosiasiyası çərçivəsində həyata keçirilir.

www.marneulifm.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register