Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Polşanın “Avionics” şirkəti özünün yeni ixtirasını – V1 adlı retro elektrik velosipedi təqdim edib. Bu barədə “UNN” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, o, 30-cu illərdə mövcud olmuş əsl dizayndan fərqlənir və tamamilə müasir “içlikli”dir. Velosiped saatda 56 kilometr sürətlə hərəkət etməyə imkan verən 5 kVt mühərriklə təchiz edilib. İstehsalçının vədinə görə, onun batareyasının doldurulması 3 saatdan artıq vaxt aparmır. Güman edilir ki, akkumulyatorun enerjisi nəqliyyat vasitəsinə 120 kilometrədək hərəkət etməyə imkan verir.

1

Yeni istifadəyə verilmiş “bitcoin cash” kriptovalyutası 1 sutkadan az müddətdə bazar dəyərinə görə bu sahədə 3-cü sıraya yüksəlib. Avqustun 2-də bu kriptovalyutanın bazar dəyəri 7,732 milyard dollar təşkil edib. “bitcoin cash” dəmir pulunun qiyməti 469,16 dollar olub. Bu sahədə ilk sırada “ənənəvi” bitkoindir və onun bazar dəyəri 44,6 milyard dollar təşkil edir. İkinci yeri 21 milyardlıq dəyəri ilə “ethereum” tutur. Son günlərə qədər 3-cü sırada olan “ripple” 6,7 milyardlıq dəyəri ilə 4-cü sıraya geriləyib. Qeyd edək ki, “bitcoin cash” avqustun 1-də “bitcoin”dən ayrılıb.

Bitcoin

“Facebook” sosial şəbəkəsi videoəlaqəni təmin etmək üçün xüsusi qurğu hazırlayır. Mənbələr bildirib ki, ev şəraitində istifadə üçün nəzərdə tutulan qurğu noutbuk ekranına bənzər sensor ekrana malik olacaq. Bu ekran və ağıllı kamera texnologiyası sayəsində videoəlaqə vasitəsilə danışan insanlar özlərini eyni otaqdakı kimi hiss edəcəklər. Qurğunun hazırlanması prototip mərhələsində olsa da, artıq yeni texnologiya test rejimində istifadə olunur.

3

Kibertəhlükəsizlik üzrə ekspertlər populyar “WhatsApp” messencerinin istifadəçilərini yeni fişinq hücumu haqda xəbərdar ediblər. Bu haqda “ESET” antivirus şirkətinin press-relizində deyilir. Fırıldaqçılar istifadəçiyə messencer üçün abunə vaxtının başa çatdığı haqda məlumat verirlər. Bundan sonra ödəniş etmək və bank kartının məlumatlarını daxil etmək üçün istinadda göstərilən ünvana keçmək təklif edilir. Sonda ödənişlə bağlı informasiya birbaşa hakerlərin əlinə keçir. Hazırda “WhatsApp” tamamilə ödənişsiz xidmətdir.

4

Project Kino adlı yeni texnologiya, insan bədəni üzərində hərəkət edən kiçik və “ağıllı” robotlar sayəsində geyimlər üçün bəzək hazırlamağa imkan verir. Keçən il Massaçusets Texnologiya İnstitutu, maqnit vasitəsilə paltarların üzərində hərəkət etməyi bacaran kiçik robotları təqdim etmişdi. Nəticədə onlara uyğun tətbiq sahəsi tapıldı. Söhbət, paltarların bəzədilməsindən gedir. Robotlara, paltarın dəbinə uyğun olan müxtəlif rəngli korpuslar yerləşdirdilər. Beləliklə onlar, paltar üzərində hər zaman hərəkətdə olan bəzək elementinə çevrildilər. Bununla yanaşı robotlar, məxməri parçanın üzərində də naxışlar yarada bilirlər. Bundan əlavə olaraq robotlar təkcə paltarları bəzəməklə qalmır, həmdə insana yardım edə bilirlər. Məsələn onlar insanın üzərində olan geyimin arxa hissəsində olan başlığı, effektiv şəkildə aşağı sala və yaxud onlardan biri, insanın baş hissəsinə yaxınlaşsa, onda mikrofon qismində çıxış edə bilərlər. “Biz, daşına bilən cihazları öz şəxsi köməkçilərimiz kimi hesab edirik. Biz düşünürük ki, gələcəkdə onlar öz zəkalarına sahib olacaqlar və sizin vərdişləriniz ilə professional dəbinizi öyrənəcəklər. Onların ölçüləri kiçiləndə isə onlar sizin geyim tərzinizə yaraşacaqlar” – deyə Project Kino texnologiyasının yaradıcılarından biri qeyd edib. Hal hazırda robotların ölçülərinin bir qədər böyük olması səbəbilə onları, istənilən insan üçün bəzək elementi kimi istifadə etmək olmur. Belə ki, onlar çox böyükdürlər və nəzərə çarpırlar. Lakin indidən bu texnologiya çox cəlbedici görünür.

“Facebook”un, ev ekosistemləri üçün 2 ədəd smart cihaz hazırladığı məlumatları yayılıb. Söhbət, videoçat üçün nəzərdə tutulmuş planşetdən və “ağıllı” səsgücləndiricidən gedir. “Facebook” artıq uzun zamandır ki, cihaz istehsalı sahəsinə daxil olmaq istəyir. Onun, “VR Oculus” şirkətini alması buna sübutdur. “Facebook”, VR-I, insanların bir-birilərindən uzaq olmaları ehtimalında da onları bir araya gətirmək üçün yaxşı vasitə hesab edir. Məlumata əsasən “Facebook” (daha doğrusu onun Building 8 adlı şöbəsi), 2 rəqəmsal cihaz üzərində çalışır. Onlardan biri, Amazon Echo və Google Home-dan o qədər də fərqlənməyən “ağıllı” səsgücləndiricidir. Lakin mənbələrin verdikləri məlumatlara əsasən kəskin rəqabət halında “Facebook”, bu layihəni ləğv edə bilər. İkinci cihaz daha böyük maraq cəlb edir. Bu cihaz, yalnız videoçat özəlliyinə sahib 13-15 inç ekrana sahib və Android əməliyyat sistemi vasitəsilə çalışacaq planşetdir. Bundan əlavə olaraq o, genişbucaqlı kamera, mikrofon və səsgücləndiricilər ilə təchiz olunacaq. “Facebook”, bu cihazın proqram təminatının idarə olunması üçün süni zəkadan istifadə etməyi planlaşdırır. Şirkət həmçinin videoçat üçün nəzərdə tutulmuş planşetə əlavə olaraq 360 dərəcəlik kamera da hazırlayır. Lakin çətin ki, həmin kamera, planşetin satışa çıxacağı tarixə kimi hazır olsun. Məlumata əsasən videoçat üçün planşet, artıq test mərhələsindədir. Buna baxmayaraq onun satışa çıxması barəsində heç bir məlumat yoxdur.

5

“Microsoft” şirkəti, Windows 10 üçün Eye Control funksiyasından danışdı. aSözügedən funksiya sayəsində fiziki qüsurlu insanlar, kompüteri göz vasitəsilə idarə edə biləcəklər. Sözügedən texnologiya, insan gözünün hərəkətlətinə reaksiya verir. Virtual klaviaturada çap etmək üçün hansısa şəxs, lazımi sözün birinci hərfində öz nəzərini qısa müddət ərzində saxlamalı olacaq. Daha sonra isə o, növbəti simvollara öz nəzərini tez bir şəkildə yönəldərək virtual klaviaturada çap edə biləcək. Bu funksiyadan istifadə etmək üçün “Tobii” şirkətinin istehsalı olan Eye Tracker kamerası lazım olacaq. Eye Control texnologiyasının necə çalışdığını görmək üçün aşağıda təqdim olunmuş videonu izləyə bilərsiniz.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register