Kobaxidzenin bəyənatı ictimai məmurların məhdudlaşdırılmasına səbəb ola bilər – QHT-lər
9 QHT deyir ki, Parlamentin sədrinin bəyənatı, dövlət məmurlarının, həmçinin, siyasi vəzifədə olanların da fikir bildirməsini məhdudlaşdıra bilər.
İrakli Kobaxidzenin Parlament iclası zalında 26 iyul tarixində Ana Dolidzeyə qarşı etdiyi bəyənatdan söhbət gedir.
“İstəyirik ki, 26 iyul tarixində Gürcüstan Parlamentində “Yerli özünüidarəetmə məcəlləsi” haqqında Prezidentin motivasiyalı qeydlərinin müzakirəsi zamanı, Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze tərəfindən Gürcüstan Prezidentinin Parlament katibi, Ana Dolidzenin ünvanına söylədiyi qeydlər ictimai xadimlərin fikir söyləməsinin məhdudlaşdırılması ilə bağlı rəyə fikir bildirək.
İlk növbədə istəyirik Parlament sədrinin yol verdiyi hüquqi qeyri-dəqiqliyə diqqət yetirək. Xüsusən, “Gürcüstanın ictimai xidmətinin” 2017-ci ilin 1 iyulunda qüvvəyə minən, yeni qanununa əsasən, Prezidentin Parlament katibinə “İctimai Xidmət haqqında” qanunun qüvvəyə minməsi aid deyil. Müvafiq olaraq, bu mövqedə çalışan şəxslər ictimai xadim olaraq hesab olunmurlar. Ancaq belə səhv ictimai xidmətlət olduqca az təhlükə yaradır nəinki, Parlamentin sədrinin ictimai xadimlərin, eləcə də siyasi vəzifədə olan şəxslərin fikir azadlığının məhdudlaşdırılmasına səbəb ola biləcək bəyənatı.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, Gürcüstan Konstitusiyası və “İctimai xidmət haqqında” yeni qanun ictimai xadimlərin hüququnu qoruyur ki, onların şəxsi siyasi baxışı olsun”, – deyə QHT-in bəyənatında deyilir.
Mənbə: Netgazeti.ge
0 Comments