Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Yaponiyada “Tona Mobilya” firması yalnız gündüzlər işləyən “ağıllı” telefon istehsal edib. “Tona m17” adı verilən və ibtidai siniflərdə təhsil alan uşaqların ekranabaxma müddətini məhdudlaşdırmaq məqsədilə yalnız gündüz saatlarında işləyən telefon valideynlərin uşaqları ilə gün ərzində ünsiyyət qurmalarını təmin edəcək, həmçinin həddindən artıq istifadə ilə bağlı yan təsirləri aradan qaldıracaq. Qeyd edək ki, telefon avtomatik olaraq bağlanma və mesajlaşmanın məhdudlaşdırılması kimi xüsusiyyətlərə də malikdir.

1

Hər il smartfon istehsalçıları üçün kameranın işini təkmilləşdirmək müşkül məsələdir. Bu səbəbdən “Google” kimi nəhəng şirkətlər kompüter təliminin imkanlarından yararlanır. Sonuncu ilə Massaçusets Texnologiya İnstitutunun (“MIT”) birgə əməkdaşlığı nəticəsində qeyri-adi fotoredaktor yaradılıb. Bu fotoredaktorun köməyi ilə şəklin keyfiyyətini xeyli yaxşılaşdırmaq mümkündür, sanki şəkil peşəkar fotoqraf tərəfindən çəkilib. Alimlər sözügedən alqoritmin yaradılması üçün kompüter təlimindən istifadə ediblər. Neyron şəbəkəsinin yoxlanması zamanı “Adobe” və “MIT” tərəfindən yaradılmış 5 ədəd şəkil seçilib. Hər bir şəkil 5 müxtəlif fotoqraf tərəfindən retuş edilib. Orijinal şəkilləri onların redaktə edilmiş surətləri ilə müqayisə edən neyron şəbəkəsi şəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün öz alqoritmini hazırlayıb.

http://bax.tv/az-video/1636.html

Çinin iri internet platforması “Alibaba Group” bu ilin sonuna qədər ölkədə avtomobillərin satışı üçün ilk vendinq avtomatı layihəsini həyata keçirmək fikrindədir. Layihə “Alibaba”nın törəmə şirkəti olan “Tmall.com”un təşəbbüsüdür. Şirkətin baş meneceri Yuy Vey bildirib ki, müştərilər öz smartfonlarında nəhəng qarajda dayanmış avtomobillərdən birini seçib, sifariş verərək ödəniş edə bilər. Bundan cəmi bir neçə dəqiqə sonra avtomobil qarajdan aşağı mərtəbəyə gətirilir və orada alıcıya təslim edilir. “Bu, avtomobil alınmasını qazlı içki bankası almaq qədər asanlaşdıracaq”, – deyə Y. Vey söyləyib. Vendinq aparatlarında avtomobilləri “Alibaba”nın reytinq sistemi olan “Sesame Credit”də yaxşı reytinqə malik alıcılar əldə edə bilər. 750 baldan yuxarı balı olan istənilən şəxs xoşuna gələn avtomobil modelini seçə və 10%-lik ilk ödənişi edərək avtomobili götürə bilər. Bundan sonra müştəri “Alipay” sistemi vasitəsilə hər ay ödənişlər etməlidir. Qeyd edək ki, 15 mərtəbə hündürlüyündə analoji vendinq avtomatı bu ilin mayında Sinqapurda istifadəyə verilib. Daha əvvəl isə bu texnologiya ABŞ-ın Neşvill şəhərində tətbiq edilib.

2

Fotolarda saçları rəngləməyə imkan verən “Teleport” mobil proqram əlavəsi “App Store” və “Google Play”də yerləşdirildikdən sonra qısa vaxt ərzində böyük populyarlıq qazanıb. 10 gün müddətində “Teleport” 1,5 milyon dəfə yüklənib. Nəticədə avqustun 1-nə olan məlumata əsasən “Teleport” “App Store”un pulsuz əlavələr reytinqində 2-ci yerə, “Google Play”də isə 8-ci yerə yüksəlib. “Teleport” istifadəçilərə öz fotoları üzərində müxtəlif əməliyyatlar etməyə – saçların rəngini, fotonun arxa fonunu dəyişməyə, fotodakı insan(lar)ı müxtəlif yerlərə (məsələn, Paris, çimərlik və ya başqa görməli yerə) “sürüşdürməyə” imkan verir. Layihənin yaradıcılarından biri olan Viktor Kox bildirib ki, “Teleport” üzərində 7 ay işləyiblər. O, hələ ki işi davam etdirdiklərini söyləyib. “Teleport” ABŞ-da qeydiyyatdan keçib və bu ölkənin iri texnoloji şirkətlərindən biri tərəfindən satın alınmağı gözləyir. Daha əvvəl layihəyə 1 milyon dollar investisiya yatırılıb. Əsas sərmayəçi qismində Azərbaycanda doğulmuş tanınmış rusiyalı iş adamı Qod Nisanovun yaxın qohumu Albert Nisanov çıxış edib.

3

“Samsung” şirkəti qatlanan “SM-G9298” smartfonunu təqdim edib. Təqdimat Çində keçirilib. Smartfon 4 düym S-AMOLED displey və “Snapdragon 821” prosessoru ilə təchiz edilib, 4 Gb operativ yaddaş və 64 Gb daxili yaddaşa malikdir. Əsas kamera 12 meqapiksel, ön kamera 5 meqapikseldir. 4K formatında video çəkmək imkanı var. Akkumulyatorun həcmi 2300 mAs-dır və simsiz şarj funksiyası dəstəklənir. Smartfonun əsasən Çin daxilində satışı nəzərdə tutulub.

4

Amerikanın texnologiya şirkəti olan IBM və Yaponiyanın elektronika nəhəngi Sony birlikdə 1 kvadrat düym (təxminən 6,4 kvadrat santimetrə) 201 qiqabaytlıq məlumat saxlanan maqnit lent istehsal edib. “Ars Technica” saytının məlumatına görə, sürüşkən səth və maqnit qatdan ibarət xüsusi lent ovuc içi qədər zolağa 330 terabayta qədər məlumat toplaya bilir. İxtira, maqnit lentlərdə yaddaş həcmi baxımından dünya rekordunu qırmağı bacarıb. Bu günə qədər ən yüksək həcmli maqnit lent “Seagate”in istehsal etdiyi 60 terabaytlıq və HGST-nin istehsal etdiyi 12 terabaytlıq lentlər hesab edilirdi.

5

“iPhone 8” modelində “ağıllı” kamera quraşdırılacaq. Proqram tərtibatçısı Gelerme Rembo “iPhone 8” smartfonunun kamerası barədə yeni məlumatlar təqdim edib. O, interfeys kodunda sifətin və obyektlərin tanınmasına cavabdeh olan yeni “SmartCamera” funksiyasını aşkarlayıb. “iPhone” kamerası mənzərəni aşkarladıqdan sonra şəklin daha yaxşı çəkilməsi üçün ideal ekspozisiya, sürgü sürəti və digər parametrləri quraşdıracaq. Qeyd edək ki, əksər “DSLR” kameralar müxtəlif tip şəkillər üçün xüsusi konfiqurasiyalara malikdir. “Apple” şirkətinin də oxşar addım atacağı gözlənilir. Bundan əlavə, kadrda hərəkət edən obyektləri tənzimləyən “freezeMotion” funksiyası sadalanır. “iPhone 8” kamerasının lazımi kadrları özü seçə biləcəyi qeyd edilir. Hazırkı “iPhone” modelləri obyektləri tanısa da, bunu yalnız “Foto” proqramında hazır şəkillərdə edə bilir. “iPhone 8” modelinin bunu real vaxt rejimində edə biləcəyi ehtimal olunur.

6

Sıxlıqla istifadə edilən elektron cihazlarımızı şarj edə bilmək üçün yeni üsul kəşf edildi. Artıq günəş eynəyinin istehsal etdiyi elektriki fərdi ehtiyaçlarınızda stifadə edə bilərsiniz.Yanınızda daşıdığınız elektron cihazı günəş eynəyinizin  şarj etməsini istər idinizmi? Almaniyanın Karlsruhe İnstitutundan tədqiqatçılar, günəş batareyaları vasitəsilə linzaların günəş işığı almasını 2 qatına çıxardaraq, elektrik istehsal edən bir cüt günəş eynəyi istehsal etdilər. Elektrik enerjisi istehsal edə bilən günəş eynəyinə şəffaf, elastik, yüngül, müxtəlif şəkil və rənglərdə istehsal edilə bilməsi olması səbəbiylə ənənəvi silikon günəş hüceyrələri yerinə, təbii günəş batareyaları seçildi. Hər biri təxminən 6 qram ağırlığında və 1,6 mm qalınlığında olan günəş batareyası linzaları, istehsal eilən günəş eyəyinin çərçivəsinə taxıla bildi. Bu çərçivələr əlavə olaraq bir mikroprosessor, iki sensor və iki ekran əhatə edir.Beləliklə mövcud işıqın həcmi ölçülüb və göstərilə bilir, mühit istiliyi tez bir zamanda qrafiklərlə analiz edilə bilir. Hər nə qədər birbaşa günəş işığı ilə ən yaxşı şəkildə çalışsalar da hər lens 200 miliwatt güc istehsal edə bilir. Günəş eynəyinin istehsal etdiyi elektrik, bir eşitmə cihazını və ya addım sayğacını şarj edə biləcək səviyyədədir. Bu texnologiya günəş eynəkləri  ilə  məhdud qalmayaraq, daha çox elektri k potensialı olan bina pəncələrinə və , avtomobil şüşələrinə tətbiq olunacaq.

7

Huawei-nin iPhone 8-ə meydan oxuyan modeli Mate 10 haqqında yeni məlumatlar gəlməyə davam edir.Ötən il bazara təqdim etdiyi Mate 9 modeliylə böyük səs gətirən Huawei, Mate 10 ilə yenə olduqca iddialı gəlir. Çərçivəsiz bir ekran ilə gələcəyi iddia edilən modelin təqdimat tarixi ortaya çıxdı. Huawei Mate 10, 16 oktyabrda təqdim ediləcək. Xiaomi Mi Mix modeliylə başlayan çərçivəsiz smartfon yarışı Samsung və LG ilə yaxşıca sürətləndi. Apple-ın iPhone 8 modelində olduqca az çərçivə istifadə eddiləcəyi  gələn sızıntılara mövzu olarkən Huawei Mate 10-da bu mövzuda olduqca iddialıdır. Ön tərəfinin tamamilə ekran olacağı ifadə edilən Huawei Mate 10, JDI tərəfindən istehsal edilən Full Active ekrandan  istifadə edəcək. 2160×1080 piksel keyfiyyətində 6 inç böyüklüyündə olacaq olan bu ekran 18: 9 nisbətində olacaq. 10 Nm-lik Kirin 970 prosessorunu istifadə edəcək olan Mate 10, 8 GB RAM və yenə Leica imzalı 16 və 23 megapiksellik iki kamera istifadə edəcək. 16 oktyabr tarixində Münihdə keçiriləcək bir fəaliyyətdə təqdim olunacaq  olan Huawei Mate 10 haqqında yeni detallar gəldikcə sizlərə bildirməyə davam edəcəyik.

8

“Breakthrough Starshot” layihəsinin “Sprite” mikrozondları – 3,5×3,5 sm ölçüsündə və 4 qram çəkisində miniatür peyklər uğurla orbitə çıxarılaraq Yerə siqnal ötürməyə başlayıb. “Breakthrough Starshot” rusiyalı milyarder Yuri Milner və britaniyalı məşhur fizik Stiven Hokinqin birgə layihəsidir. Konsepsiyanın mahiyyəti göyərtəsində çəkisi 1 qram təşkil edən minlərlə mikrozondun olduğu əsas raketin buraxılışından ibarətdir: onlar növbə ilə buraxıldıqdan sonra Yerdə lazer qurğusu mikrozondlarla birləşdirilən günəş yelkənini 50−100 qiqavatt gücündə şüa ilə təmin edəcək. Bunun aparatları təxminən 5 dəfə işıq gücündə gücləndirəcəyi bildirilir. Harvard Universitetinin professoru, “Breakthrough Starshot Initiative” Məşvərətçi Şurasının rəhbəri Avi Lob qeyd edib ki, kosmik aparatlar kütləsinin azaldılması onların insan ömrü müddətində yaxın ulduzlara yetişməsi üçün lazımdır. Məlumata görə, iki “Sprite” zondu Latviyanın “Venta” və İtaliyanın “Max Valier Sat” peykinin kənar korpusuna bərkidilib. Kiçik qurğuların planetlərə, yaxın ulduz orbitlərinə buraxılışının mümkün yerdənkənar həyatın mövcudluğuna işıq salmağa kömək edəcəyi gözlənilir. “Breakthrough Starshot” layihəsinin əsas məqsədi Sentavr Alfası – Yer kürəsinə yaxın işıq sisteminə çatmaqdır.

9

Çinin Syamın Universitetinin tədqiqatçıları iki xüsusiyyətə – özünü fokuslama və optik effektə malik optik linza hazırlayıblar. İndiyədək birlikdə nümayiş etdirilməyən xüsusiyyətlər Talbot adlanan effekt sayəsində “işıq kodu”nu yaratmağa imkan verib. Alimlər sübut edib ki, iki xüsusiyyət birləşməsindən informasiyanın keyfiyyət və sürəti itmədən kodlaşdırılmış rəqəmli siqnalın ötürülməsi üçün istifadə etmək olar. Qeyd olunur ki, yeni kəşf yüksək səmərəli rabitə optik sistemlərinin əsasını təşkil edə bilər. Bildirilir ki, tədqiqatın uğurla başa çatacağı, hazırlanan prototipin isə dayanıqlı iş nümayiş etdirəcəyi təqdirdə difraksiya yoxluğundan və Talbot effektindən kodlaşdırılmış optik təsvirlərin uzaq məsafələrə yüksək keyfiyyətlə ötürülməsi üçün istifadə mümkün olacaq.

10

Norveçin “Yara” kimya konserni və “Kongsberg Group” şirkəti “ağıllı” yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb. 2018-ci ilin sonunadək gübrələrlə yüklənən elektrik hərəkət qüvvəsinə malik ilk “ağıllı” gəmilərin Poşqryunn və Brevik cənub limanları arasında hərəkət etməyə başlayacaqları planlaşdırılır. Hazırda isə onlar 10 dəniz milində məsafəni qət etməklə məşğuldurlar. Lakin məhz bu kiçik ərazidə mayak, naviqator, radar, kamera və sensorlarla təchiz edilən gəmilərin sınaqları keçiriləcək. Avtonom gəmilərin istifadəyə verilməsi adi gəmilərdən üç dəfə baha başa gəlsə də, istismarı 10 dəfə ucuz olacaq. Həmçinin bildirilir ki, bir elektrik “Yara Birkeland” gəmisi dizellə işləyən 40 min yük gəmi reysini əvəz edəcək. 2020-ci ilədək elektrik gəmilərindən bütün Avropada istifadə ediləcəyi gözlənilir.

11

Əsas məsələ kameralar olanda bazardaki iki nəhəngdən biri Canon-la yanaşı duran Nikon-dur. Orta səviyyəli kameraları çox baha deyil və yetəri qədər effektiv çalışırlar. Eyni ilə Canon və digər oxşar markalarda olduğu kimi bu cihazlarıda smartfonlar vasitəsilə idarə etmək mümkündür. Bu imkanı yaradan tətbiqlər saysızdır. Biz isə sizə bu tətbiqlər arasından bir neçə ən yaxşısını seçmişik. 1.Camera Connect and Remote: Camera Connect and Control Nikon-un ən stabil tətbiqlərindən biridir. Markanın satışda olan 80% modellərini dəstəkləyir. Ödənişsiz versiyası çəkilən şəkillərə baxmaq, şəkillərin və ya videoların telefon üzərindən çəkilməsi, shutter-i idarə etmək kimi funksiyalardan istifadəyə imkan yaradır. 2. Camera Remote Control: Bu tətbiq smartfonunuzu fotoapart üçün idarə panelinə çevirir. Kameranı tripoda taxıb sonra qıraqdan rahatca idarə üçün ideal vasitədir. Bu tətbiq tamamilə ödənişsizdir. 3. Magic Nikon Viewfinder: Digərlərindən fərqli olaraq bu tətbiq fotoaparatlarınızı idarə etməyə imkan yaratmır. Amma, ətrafı gəzib çəkiliş üçün ən yaxşı yerləri tampaq üçün əla vasitədir. Tətbiq telefondan istifadə edərək çəkdiyi şəkillərin Nikon-da necə görünəcəyini göstərir. En-hündürlük nisbətini dəyişir və hətta exposure-a belə müdaxilə edə bilir.

12

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register