Gürcüstan daxili işlər naziri Azərbaycanlı həmkarı ilə görüşdü

ministrebi
Gürcüstan daxili işlər naziri Qiorqi Mqebrişvili Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubovla görüşdü.
Tərəflər cari məsələləri müzakirə etdilər və iki ölkənin hüquq mühafizə strukturları arasında əməkdaşlığın genişləndirilməsi barədə söhbət etdilər. Bu barədə İctimai Kanal məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, nazirlər müxtəlif sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər və onlar Əfqan Muxtarlının işi ilə bağlı söhbət etməyiblər. Daxili İşlər Nazirliyindən bildirirlər ki, istintaq onlar tərəfindən aparılmır, həmçinin, Muxtarlının işinə baxan sərhəd polisi onların Daxili İşlər Nazirliyinin tabeliyində olmayan müstəqil strukturdur, buna görə də, jurnalistin qaçırılması nazirlərin müzakirə predmeti ola bilməzdi – Netqazeti yazır.
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register