“Seçki qabağı özünüidarə məcəlləsində edilən yeniliklər suallar yaradır”-İrma Pavliaşvili

marneuli

Ərazi Vahidliklərində İcra Başçısının nümayəndəsinin təyin edilmə qaydası dəyişdi. Yeni qaydaya görə təyin edilən nümayyəndlər İctimai məmurlar üçün nəzərdə tutulmuş imtahanları vermək ehtiyacı qalmayacaq və artıq onları İcra Başçısı sadəcə olaraq müsahibə nəticəsində seçəcək. Bizimlə müsahibəsi zamanı Marneuli bələdiyyəsinin Admnistrasiya Xidmətinin rəhbəri Nino Dekanoidzenin qeyd etdiyinə əsasən nümayyəndələrin cavabdehlikləri dəyişməyib.

“Yeni qanuna əsasən Marneuli Munisipolitetində yeni ştat vahidliyi yaradıldı, ştat vahidliyində artıq İcra Başcısının nümayəndəsi ştatı yoxdur. Müvafiq olaraq da İcra başşısının nümayəndələri müqavilə ilə təyin ediləcəklər.  Funksiyaları tamamən eynidir, əvvəlki qaydada qeydə alınan səlahiyyətlər yerindədir, bunlar müyyən vəsiqələrin təyin edilməsi və ya müəyyən işlərin həyata keçirilməsidir. Dəyişiklik sadəcə nümayəndənin təyin edilməsi zaman olacaq” – Nino Dekanoidze qeyd edir. 

Eləcə də Nino Dekanoidze nümayəndələrlə imzalanan  müqavilələrin müəyyən bir müddət üçün qüvvədə olacağını qeyd edir. Nümayəndənin fəaliyyətini dayandırmağa isə nə İcra Başçısının nədə ki, yeni təyin ediləcək Merin səlahiyyəti çatmayacaq.

Gənc Hüquqşünaslar Assosiyasiyasında seçki və özünüidarənin layihəsinin koordinatoru İrma Pavliaşvilinin dediyinə görə, özünüidarənin qanununa daxil edilən yenilik icra başçısı nümayəndəsinin siyasiləşdirilməsinə  yardımçı olacaq və İcra Başçısının/Merin onları vəzifədən azad etmək üçün hər zaman səlahiyyətləri çatacaq  ki, özünüidarənin mərkəzləşdirmə prosesinə mane  olacaq.

“Seçki prosesinə yaxın zamanda dəyişiklik etmək sual işarəsi yaradır ki, yeniliklərin və dəyişikliklərin edilməsi seçki zamanı partiyanın siyasi maraqlarına güzəşt etməkdirmi? Xüsusən də, 2018-ci ildə planlaşdırılan reformaların keçirilməsi və keçiriləcək reformaların məqsədi əsasən özünüidarənin mərkəzləşdirilməsidir. Və buna dəstək olan aspektlərdən biri də məhz müqavilə sisteminə keçməkdir”-İrma Pavliaşvili qeyd edir. 

İrma Pavlişvilinin qeyd etdiyinə görə dəyişikliklər özünüidarənin mərkəzləşdirmə prosesinə mane olacaq.

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register