Gürcüstanda peyvənd qanun çərçivsində məcburi ola bilər

Xəstəliklərin kontrolu və Milli İctimai Sağlamlıq Mərkəzi yeni təşəbbüs irəli sürüb. Təşəbbüsə əsasən uşaqların peyvənd olunması məcburi olacaq. Ancaq bu təşəbbüs hələ ki, başlanğıc mərhələdədir. Mərkəz hələ ki,  bu məsələyə yanaşması olan müxtəlif ölkələrin qanunvericiliyində araşdırma aparır.

Mərkəzin direktor müavini Paata İmnadzenin bildirdiyinə görə, indi mərhələdə dövlət 12 xəstəliyə qarşı peyvəndi təmin edir. İmnadzenin dediyinə görə, Gürcüstanda uşaqların 90%-i peyvəndlidir. “Netgazetinin” mərkəz valideynlərin öz təşəbbüsləri ilə uşaqlarını peyvənd etdirməsi halında, niyə belə bir təşəbbüs irəli sürməyi vacib bilib sualına Paata İmnadze cavab verir ki, bu təşəbbüs vacibdir ki, qalan 10%-də peyvənddən kənarda qalmasın. Onun sözlərinə görə, bu təşəbbüs eləcə də uşaqlarda konkret xəstəliklərinin yüksək göstəricisi ilə əlaqədar deyil.

Bu öhdəliyin yerinə yetirilməsinin yoxlanılması məsələsinə gəldikdə isə, Paata İmnadze deyir ki, indi mərkəz müxtəlif ölkələrin qanunvericiliyini öyrənir və müvafiq olaraq qərar qəbul edəcək ki, Gürcüstan üçün hansı təcrübə optimal olacaq:

“Müxtəlif ölkələrdə müxtəlif mexanizmlər var. İndi demokratik ölkələrin qanunvericiliyinin öyrəniləsi prosesi gedir. ABŞ-da tədris müəssisəsinə uşağı qəbul etmirlər, Fransada 2500 evro dəyərində cərimə təyin olur və.s.”, – deyir İmnadze.

Uşaqların planlı immunizasiyası İctimai Sağlamlıq Qanunu və Profilaktik Peyvəndlərin Milli təqviminə uyğun olaraq həyata keçirilir. Gürcüstanda dövlət 11 infeksiyanı təmin edir.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register