Milli Ərzaq Agentliyi: Yumurtanın 60 nümunəsində pozuntu qeydə alınmayıb
Milli Ərzaq Agentliyi bildirir ki, 2017-ci ildə, quşculuq fermaları və yumurta istehsal edən biznesoperatorlarla 81 yoxlama keçirildi. Laboratoloji araşdırma üçün isə yumurtanın 60 nümunəsini götürüblər. Onlardan heç birində pozuntu qeydə alınmayıb.
Ancaq, onların bildirdiyinə görə. yoxlayışda 6 qeyri-uyğunluq aşkarlanıb ki, bu da etiketləşdirmə qaydasının pozuntusu ilə əlaqədardır. Yumurtanın vacib etiketləşdirilməsi qaydası biznesoperatoru məcbur edir ki, realizə üçün yerləşdirilmiş yumurtada onun istehsal olunduğu ölkə və istehsal tarixi qeyd olunsun.
Agentliyin məlumatına əsasən, Gürcüstan əhalisi illik təqribən 550 mln dənə yumurtadan istifadə edir, 2016-cı ilin göstəricilərinə əsasən isə, Gürcüstanda 590 mln yumurta istehsal ediblər. Müəssisənin məlumatına görə, ölkədə yumurtanın idxalının sayı minimaldır (inkubator üçün daxil olan yumurtalardan əlavə).
2013-cü ilin mayında “heyvan mənşəli ərzağın higiyenasının xüsusi qaydası haqqında” N90 sərəncamına daxil edilmiş dəyişikliyə əsasən, yumurtanın məcburi etiketləşdirilməsi qaydası müəyyənləşdirilir. Sərəncam Biznesoperatorı məcbur edir ki, realizə üçün yerləşdirilmiş yumurtanın üzərində yumurtanın istehsal olunduğu ölkə və istehsal tarixi qeyd olunmalıdır.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments