Tarixçi alim Kərəm Məmmədov Gürcüstan ərazisinə girişinə icazə verilmədi

kerem memmedov

 Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti, araşdırmaçı alim əslən Boçalıdan (Gürcüstan) olan Kərəm Məmmədov Gürcüstan ərazisinə buraxılmayıb.

Məsələ ilə bağlı Radio Marneuliyə açıqlamasında tarixçi alim bildiridi ki, iyulun 29-da ailə üzvləri ilə birlikdə Gürcüstana gələrkən gürcü sərhədçilər tərəfindən saxlanılıb və ailə üzvləri ölkəyə buraxılsa da, K. Məmmədova icazə verilməyib: “Mən Gürcüstan respublikasının Dmanisi rayonunun Gəyliyən kəndində dünyay göz açmışam və burada böyüyüb boya başa çatmışam. Hər il olduğu kimi bu yayda doğma yurduma gedirdim və məni ölkəmə, doğma yurduma buraxmadılar. Səbəbin isə bilmirəm. Mən indiyə qədər heç bir problem yaşamırdım. Bu ölkəyə sərbəs daxil olub, çıxırdım. Amma indi məni buraxmadılar”.

Kərəm Məmmədov məsələ ilə bağlı hər iki ölkənin səfirliklərinə və dövlət orqanlarına məlumatlandırdığını deyir: “Düşünürəm ki, bu, texniki bir problemdir. Ümid edirəm ki, ən qısa zamanda məsələ həllini tapacaq, anlaşılmazlıq aradan qalxacaq. Mən doğma yurduma gedə biləcəm. Hazırda araşdırma aparılır. Çünki mən indiyə qədər Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə kölgə sala biləcək bir hərəkət etməmişəm”.

Qeyd edək ki, Kərəm Məmmədov ötən il “Borçalı” cəmiyyətinin sədri seçilmişdir, qısa bir müddət sonra vəzifəsindən istefa vermişdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register