8-9 avqust tarixlərində Gürcüstanın bir çox rayonlarında hava temperaturu 40 dərəcəni keçəcək

8-9 avqust tarixlərində Gürcüstanın bir çox rayonlarında hava temperaturu 40 dərəcəni keçəcək. Qara dəniz sahilinin xəttində isə 33-35 dərəcə olacaq.
Ətraf Mühitin Milli Agentliyinin qısamüddətli proqnozlar idarəsinin rəhbəri Dodo Qvazavanın “interpressnews”-a verdiyi məlumata görə, avqustun 6-da Qərbi Gürcüstanda, eləcə də dağlıq rayonlarda havanın temperaturu 35-40 dərəcə olacaq.
Şərqi Gürcüstanda isə avqustun 6-da havanın temperaturu 35-38 dərəcə olacaq, dağlıq rayonlarda yağış-leysan gözlənilir ki, temperatura vacib təsir göstərməyəcək.
Mənbə: interpressnews.ge
marneulifm1106 Posts
0 Comments