Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“WhatsApp” rəngli statusları sınaqdan keçirməyə başlayıb. Ilk olaraq belə seçim “Android” sistemindən istifadə edən “Facebook” istifadəçiləri üçün əlçatan olub, bundan sonra başqa platformalarda tətbiq edilib, indi isə növbə messencerlərə çatıb. Sözügedən messencerin “Android” platformasında işləyən 2.17.291 beta-versiyasından istifadə edənlərin bəziləri üçün yeni funksiyaya giriş əlçatandır. Foto ikonkasını mətn mesajına keçirmək üçün statuslardan ibarət vərəqə keçmək və sağ tərəfdən aşağıda karandaş işarəsinin üzərinə sıxmaq lazımdır. Bundan sonra mətni daxil etmək, ona emodzi əlavə etmək, şrifti və fonun rəngini seçmək mümkündür. Üzərində təyyarə şəkli olan yaşıl düymənin üzərinə sıxdıqdan sonra hazır statuslardan ibarət pəncərə açılır.

1

“Skype” komandası “PayPal” ödəmə sistemi ilə razılığa gələrək “iOS” və “Android” mobil əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğular üçün mobil proqramda pul göndərmək funksiyasını işə salıb. “Send Money” funksiyası ilk öncə 22 ölkədə fəaliyyət göstərəcək. Azərbaycan bu ölkələr arasında yoxdur. Sözügedən funksiyaya giriş əldə etmək üçün çatı sağ tərəfə dartaraq yeni opsiyanı seçmək lazımdır. Bu funksiyadan ilk istifadə zamanı olduğunuz yeri təsdiq etmək, bundan sonra “PayPal” hesabını “Skype” profilinə bağlamaq lazımdır.

2

Sosial şəbəkələrdə “OnLeaks” niki altında tanınan insayder Stiv Hemmerstoffer bəyan edib ki, “Apple” şirkəti “iPhone 8” smartfonlarının istehsalına başlayıb. O bu barədə Twitter səhifəsində öz mənbələrinə istinadən yazıb. Onun sözlərinə görə, “iPhone 8”in satışının başlanma tarixi ilə bağlı gecikmə olmayacaq. Bununla belə bir sıra mənbələr təqdimat mərasiminin gecikə biləcəyini deyir. Buna səbəb kimi OLED-ekranların çatışmazlığı göstərilir. Qeyd edək ki, yeni “iPhone”nun təqdimatı payızda keçiriləcək.

3

Yaponiyada Tokio Universitetinin startapı olan “Xenoma” şirkəti tərəfindən insanın hərəkətlərini qeydə alaraq müvafiq informasiyanı mobil qurğu və ya kompüterə ötürmək qabiliyyətinə malik çoxsaylı sensorla təchiz edilmiş idman köynəyi ixtira edilib. Bu köynəyin əsas özəlliyi videokameralardan istifadə etmədən insan hərəkətlərinin tanınması dəqiqliyidir. Gələcəkdə bu qurğunun köməyi ilə müxtəlif xəstəlikləri müəyyənləşdirmək və ya video oyunlarda personajları idarə etmək mümkün olacaq. Şirkətdən hesab edirlər ki, idman köynəyi bir çox sahələrdə tətbiq edilə bilər: insana idmanda öz bacarıqlarını yaxşılaşdırmağa, nəqliyyat vasitəsi, hətta  təyyarə idarə etməyi öyrənməyə kömək edə bilər. Hərəkətin tanınması üzrə müasir texnologiyaların əksəriyyəti kameralardan istifadəyə əsaslanır, ancaq “Xenoma” şirkətinin idman köynəyi informasiyanı onun üzərinə qurulmuş 14 sensordan toplayır. Toplanılmış məlumatları dərhal kompüter və ya mobil qurğuya ötürmək mümkündür. Həmçinin köynəyi yumaq olar: o, hətta 100 dəfə yuyulduqdan sonra da öz funksionallığını itirməyəcək.

4

Yeni “Tesla Model 3” elektromobilində sürücünü müşahidə etmək üçün kamera quraşdırıldığı məlum olub. Kameranın modulu salon güzgüsünün üzərindəki blokda yerləşdirilib. İstehsalçı avtomobilin təqdimatında bu barədə danışmayıb. Kameranı testerlər və avtomobilin ilk sahibləri aşkarlayıb. Kamera avtopilot rejimində hərəkət edərkən sürücüyə nəzarət etmək üçün nəzərdə tutulub. Sürücünün başının vəziyyətindən və üz ifadəsindən asılı olmayaraq, sistem onun avtomobilin idarəolunması prosesinə cəlbolunma dərəcəsini analiz edir. Əgər sürücü uzun müddət idarəetmədən yayınsa, avtopilot ona xəbərdarlıq edə və ya avtomobilin hərəkətini dayandıra bilər. Kameranın imkanları bununla məhdudlaşmır. O, bütün salona da nəzarət edə bilir. Hələlik kamera aktiv deyil. Onu avtomobil üçün proqram təminatı yenilənməsi istifadəyə verildikdən sonra aktivləşdirəcəklər.

5

Günümüzdə kimisə izləmək, demək olar ki, hamı tərəfindən mümkündür. Bunu, artıq keyfiyyətli, ucuz və daha da kompakt olan xüsusi kameralar vasitəsilə etmək olar. Bir neçə müddət bundan öncə eBay-da yeni maraqlı kamera növü satışa çıxdı. Həmin kamera çok kiçikdir və hamımızın bildiyi adi şurupun daxilinə yerləşdirilib. Qiyməti 17$ olan bu kamera, internetdə bir çox istifadəçinin diqqətini cəlb etdi. Şurupda olan kameranı ilk dəfədən görmək qeyri-mümkündür. Belə ki, onun ölçüsü 0.8×0.8 sm-dir. Şurupun daxilində 60-70 dərəcə bucaqlı və 3.7 mm-lik obyektivə sahib 5 MP-lik kamera var. Kamera vasitəsilə çəkilmiş görüntülər xüsusi sxemə ötürülür. Həmin sxem isə çəkilmiş görüntüləri özünün yaddaş həcmində saxlaya və ya naqilsiz şəbəkə vasitəsilə lazımi yerə göndərə bilər. Kameradan əlavə olaraq bu kiçik şurup həmçinin mikrofona da sahibdir. Bu cihazın yeganə mənfi cəhəti isə onun, gecə rejimi çəkilişinə sahib olmamasıdır. Kameranı adi şarj cihazı, günəş enerjisi və ya hansısa digər naqil vasitəsilə şarj etmək olar.

6

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register