Tarixdə Bu Gün

Tarixdə bu gün 7.8.2017-ci il.
Məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov 1930-cu ilin 7 avqustunda anadan olmuşdur.
1939-cu ilin 7 avqustunda Səudiyyə Ərəbistanı “Standard Oyl” şirkətinə neft emalı üçün konsessiya vermişdir.
7 avqust 1944-cü ildə ilk proqramlaşdırılmış kompüter olan “Mark I” istifadəyə verilmişdir.
1998-ci ilin bu günü Əl-Qaidənin Nayrobi (Keniya) və Dar-əs-Salamda (Tanzaniya) ABŞ səfirliklərinə qarşı törətdiyi terror aktlarında 200 nəfər ölmüş, 4000 nəfərə yaxın insan zərər çəkmişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments