Nazir müavini Lia Qiqaurinin dediyinə görə, gələcəkdə çanta ağırlığı problemi şagirdləri daha az narahat edəcək

lia-gigauri-ganatlebis-ministris-moadgile

2018-ci ilin sentyabr ayından I-VI sinif şagirdlərinə daha keyfiyyətli dərsliklər təklif edəcəyik, – bu barədə Gürcüstan təhsil və elm nazirinin müavini Lia Qiqauri ambebi.ge saytına müsahibəsində bəyan edib.

Onun məlumatına görə, Təhsil və Elm Nazirliyi artıq I-VI sinif dərslikləri üçün müsabiqə elan edib. Yeni dərsliklər 2018-ci ilin sentyabr ayından məktəblərə daxil ediləcək.

“Bu istiqamətdə iki dəyişikliyimiz var: birincisi – dərsliklər məzmun baxımından əhəmiyyətli dərəcədə dəyişəcək, belə ki proqramlar yüngülləşdirilib, bununla bərabər, dəyərləndirmə daha çox və müxtəlif meyarlara görə aparılacaq. Dərsliklərin qiymətləndirilməsinə ilk dəfə olaraq ictimaiyyətin də qoşulması mühümdür – müəlliflər tərəfindən təqdim olunmuş dərsliklərin layihəsi nazirliyin veb-səhifəsində yerləşdiriləcək və hər bir maraqlanan şəxs üçün əlçatan olacaq ki, onlar da öz qeydlərini, tövsiyələrini və qiymətləndirmələrini bizə təklif edə biləcəklər. Bütün bunlar imkan verəcək ki, 2018-ci ilin sentyabr ayından I-VI sinif şagirdlərinə daha keyfiyyətli dərsliklər təklif edək”, – Lia Qiqauri bildirib.

Onun dediyinə görə, yeni dərsliklərin texniki göstəriciləri də yaxşılaşdırılacaq.

Bununla bərabər, nazir müavininin dediyinə görə, çantanın ağırlığı problemi şagirdləri daha az narahat edəcək. Belə ki, bir yenilik də dərsliklərin elektron variantlarının hazırlanması və həm şagirdlərin kompüterlərində, həm də nazirliyin veb-səhifəsində yerləşdirilməsi ilə bağlıdır.

“Lakin tamamilə elektron dərsliklərə keçilməsi, xüsusilə də ibtidai siniflərdə məqsədəuyğun deyil. Hər bir müəllim bu məsələni elə tənzimləməlidir ki, şagirlədin vəsaitləri dəyişmək imkanı olsun və onlar hər gün ağır çantalarla gəlməlyə məcbur olmasınlar. Elektron variantlar çap variantları ilə paralel olaraq hazırlanacaq və 2018-2019-cu tədris ilindən etibarən yüklənəcək”, – Lia Qiqauri bildirib.

Mənbə: http://www.interpressnews.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register