Marneulidə partiyalar yerli özünüidarə seçkiləri üçün hazır deyillər

partiya

Seçki qabağı ərəfə rəsmi olaraq hələ ki, elan edilməyib, ancaq siyasi partiyalar artıq yerli özünüidarənin seçkiləri üçün hazırlıqlara başlaylablar, “Gürcü arzusu” partiyası hələ ki, merlik üçün namizədini təqdim etməyib, partiyanın Marneuli üzrə sədri Amiran Giorqadzenin  dediyinə görə, onda olan məlumatlara əsasən əsas qərar bu ayın sonunda məlum olacaq.

“Bu mərhələdə partiya namizədlərini dəqiqləşdirməyib, düşünürəm ki, müzakirələr bu ay sonu başa çatacaq və biz rəsmi olaraq Marneuli üzrə merlik üçün namizədimizi eləcədə, inzibari vahidlikləri üçündə namizədlərimizi rəsmi olaraq açıqlayacağıq. Hələki partiyada daxili müzakirələr davam etməkdədir”-Amiran Girqadze qeyd edir. 

“Avropalı Gürcüstan” artıq rəsmi olaraq Merliyə namizəd olaraq Əhməd İmamquliyevi təqdim edib, ancaq həyata keçirəcəkləri təbdirləri haqqında geniş şəkildə Kürtlər İnzibati Vahidliyinin majoritar namizədi Pərvin Abdullayev danışdı.

“Milli vahid hərəkat” partiyasının Marneuli rayonu üzrə sədri Rəhim Əsgərovun dediyinıə görə Merliyə namizədlik üçün müzakirələr iki namizəd arasında hələdə davam edir

Seçki günü rəsmi olaraq hələ ki, təyin olunmayıb, buda seçki qabağı ərəfənin hələ başlamadığına işarədir, ancaq qeyri rəsmi olaraq özünüidarənin seçkilərinin qeyri rəsmi məlumatlara əsasən 2017-ci ilin 21 oktyabrnda keçiriləcəyi   gözlənilir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register