Gürcüstan Azərbaycanlıları Konqresinin sədrinə üç siyasi partiyadan bələdiyyə sədirliyi təklif olunub

Gürcüstanda bələdiyyə seçkiləri yaxınlaşdıqca partiyalar da öz namizədlərinin axtarışına çıxıblar. Marneuli bələdiyyəsi də seçkilərə hazırlaşır. Bir neçə partiya öz namizədlərini təyin etsə də, bəziləri hələ gözləyir və daxili görüşlərini keçirirlər. Marneulidə də partiyalar namizəd axtarışındadılar. Marneulidə sadəcə Avropalı Gürcüstan partiyası öz namizədini təyin edib, digər paryiyalar isə gözləyir. Ötən həftə Azad Gürcüstan partiyası və daha iki siyasi partiyanın əməkdaşları Marneuli bələdiyyəsində f’aliyyət göstərən Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində olublar. Onların hər üçü Marneulidə bələdiyyə sədirliyinə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova yerli seçkilərdə Marneuli rayon bələdiyyəsinin sədri vəzifəsinə partiyalardan namizəd olmasını təklif ediblər. Hüseyn Yusubov isə onların təklifini dəyərləndirəcəyini bildirdi.
Hüseyn Yusubov onu da əlavə etdi ki, bələdiyyə sədiri kim olursa olsun, Marneuli bələdiyyəsi üçün işləməlidir.
Bu il bələdiyyə seçkilərində bir çox siyasi partiya mübarizə aparacaq. Amma görünən odur ki, seçkilərdə partiyalar Marneulidə Azərbaycanlı namizədlərə üstünlük verirlər.
Radio Marneuli
Amil Məmmədov2286 Posts
0 Comments