“Gürcü Arzusu” partiyasnın Marneulidə hələ təqdim edəcəyi namizədi yoxdur

ocneba-kartuli

“Gürcü Arzusu” partiyasının Marneuli rayon təşkilatının rəhbəri Amiran Qiorqadzenin sözlərinə görə, partiyanın namizədinin kimliyi bu ayın (Avqustun) sonunda məlum olacaq.

“Hələlik bu məsələ ilə bağlı müzakirə gedir. Mənim məlumatıma görə, təxminən bu ayın sonunda partiya Marneuli rayon merliyinə namizəd və eləcə də ərazi vahidlərində majoritar namizədləri təqdim edəcək” – deyir Qiorqadze.

Yerli özünüidarəetmə seçkiləri oktyabrın üçüncü həftəsinin sonunda keçiriləcək.

Bu haqda Prezident Qiorqi Marqvelaşvili iyunda, Prezident administrasiyasında baş tutan brifinqdə bildirib.

Qiorqi Marqvelaşvilinin sözlərinə görə, konkret tarixlə bağlı, konsultasiyalar hökumətlə baş tutacaq.

Prezidentin sözlərinə görə, seçkilərin təyin olunması ilə bağlı müvafiq sərəncam avqustun sonunda veriləcək.

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register