“Gürcü Arzusu” 1 278 770 lari dəyərində yardım alıb
İyul ayında “Gürcü Arzusu” yardım şəklində fiziki və hüquqi şəxslərdən 102 000 lari dəyərində məbləğ alıb. Bunu audit xidmətinin veb-səhifəsində yayımlanan göstəricilər də təsdiqləyir. Göstəricidən məlum olur ki, idarəçi partiyaya məbləği iki hüquqi şəxs bağışlayıb: MMC Partnyor (50 min) və Roto Print.
“Avropalı Gürcüstan” iyulda yardımlar şəklində 36 235,5 lari alıb, “Milli Hərəkat” – 102 lari, “Respublikaçılar” isə 20 lari. Azad Demokratlar, Leyboristlər, Nino Burcanadzenin partiyasına və Vətənpərvərlər Alyansı iyulda yardım almayıb.
Son 7 ay ərzində “Gürcü Arzusu” ümumilikdə 1 278 770 lari, Avropalı Gürcüstan – 167 414 lari, Qirçi – 56 116,64 lari, Nino Burcanadzenin partiyası 30 000 lari, Milli Hərəkat – 24 153,57 lari alıb.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments