“Milli Hərəkat”ın merliyə namizədi olaraq dörd dəfə parlament deputatı seçilmiş Azər Süleymanov da müzakirə olunacaq
2017-ci ilin özünüidarəetmə seçkiləri üçün daxili hazırlıqlar başa çatıb, – deyir “Milli Hərəkat” partiyasının Marneuli şöbəsinin sədri Rəhim Əsgərov.
Onun sözlərinə görə, siyahı üzərində çalışmalar gedir. Mer vəzifəsinə namizəd olaraq iki şəxs müzakirə olunacaq. Onlar arasında dörd dəfə parlament deputatı seçilmiş Azər Süleymanov da var. İkinci şəxsin kimliyini Əsgərov bildirmədi.
“Namizədləri hələ təsdiqləməmişik. Birincisi, dövləti gözləyirik (idarəçi komandanı) ki, kimi təqdim edəcəklər. İkinci də, Prezident hələ seçkilərə start verməyib” – deyir partiya sədri.
Əsgərovun sözlərinə görə əhaliylə hələ seçkiqabağı görüşlər keçirmirlər.
marneulifm1106 Posts
0 Comments