Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 8.8.2017-ci il.

8 avqust 1570-ci ildə Sen-Jermenski müqaviləsi ilə Fransada üçüncü dini müharibə sona çatmışdır.

1910-cu ilin 8 avqustunda Cənubi Azərbaycanda milli azadlıq hərəkatının görkəmli nümayəndələri Səttarxan və Bağırxanı həbs edilmişlər.

1945-ci ilin 8 avqustunda II-ci dünya müharbəsində  Sovet ittifaqı Yaponiyaya müharibə elan etdi.

2000-ci ilin bu günü Böyük Britaniya, ABŞ və İtaliya alimləri insanın klonlaşdırılması təcrübələrinin başladıqlarını rəsmən bəyan etmişlər.

Gürcüstanın Cənubi Osetiya əyalətində yerləşən separatçı Osetin silahlı dəstələrinin 2008-ci ilin iyul ayından başlayaraq bölgədəki Gürcu kəndlərini atəşə tutması nəticəsində, 8 avqust 2008-də Gürcüstan silahlı qüvvələri Cənubi Osetiyada geniş miqyaslı hərbi əməliyyata başladılar. Əməliyyatın nəticəsində Cənubi Osetiya əyalətinin mərkəzi olan Tsxinvali şəhəri Gürcüstan silahlı qüvvələri tərəfdən nəzarəti ələ keçirdilər. Buna cavab olaraq eyni gün Rusiyanın 58-ci ordusunun hissələri Roki tunelini keçərək Gürcüstanın ərazisinə daxil olmuşdur və Sxivnali şəhəri istiqamətində hücuma başlamışlar və nəticədə bir çox günahsız insan zərər çəkmişdir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register