Zaza Bocoidze – Vətəni qorumaq üçün evdən çıxdı və bir daha geri qayıtmadı

Zaza Bocoidze 2008-ci ilin 8 avqust müharibəsində öz ölkəsini müdafiə etmək üçün mübarizə aparan qəhrəmanlardan biridir. O, evə, iki azyaşlı uşağının, 3 yaşlı Qiorqi və 3 aylıq Sabanın, həyat yoldaşı Teanın və ata-anasının yanına qayıda bilmədi. Nino Bocoidze, Zazanın atası 9 il keçməsinə baxmayaraq yenə də övladının vətəni qorumaq üçün evdən çıxdığını və qayıtmadığını xatırlayır:

“Həmişə deyirdi ki, ana mən hərbi xidmətə getməliyəm. Ona qədər rezervist olaraq çağırmışdılar. Bir dəqiqə belə fikirləşmədən getdi. Demə rezerv olaraq deyil müharibəyə gedirmiş. Mən evdə yox idim bəlkədə dayandırardım. Amma o heç mənə də qulaq asmazdı. Yoldaşına deyib ki, Tea mən qayıdana kimi yemək hazırla komissarlığa gedirik. Bilmirmiş ki, müharibə başlayıb. Atası da getməsini istəmirdi. Bütün valideynlər övladlarını qoruyurlar. Səhər tezdən yoldaşları çağırdılar. Mən sakit durdum ki, eşitməsin. Biraz keçmişdi pilləkənlərdən endi ki, uşaqlar mənimi çağırırdı. Tez əl üzünü yuyub getdi ki, mən onlardan geridə qalmamalıyam. Gedib ki, marneulidən yola düşüblər. Taksiylə onların ardınca gedib və çatıb. Getdi və daha qayıtmadı”.

Nino Zazaya onun müharibəyə getdiyini bilən kimi zəng vurub. Amma özünün dediyinə görə, gecikibmiş. Çünki Zazanın bölməsi artıq Qoriyə daxil olurmuş və o, övladının fikrini dəyişdirə bilməzdi.

Zazanın anasının danışdığına görə, qonşular və qohumlar Tbilisi xəstəxanalarına bölünüblərmiş ki, Zazanın gətirilməsini gözdən qaçırmasınlar,

“Televizorda bir səs-küy var imiş ki. Mənim Zazamı da göstəriblər. Mən yolda gəlirdim deyə heç nədən xəbərim yox idi. Hamı artıq bilirmiş. Gəldim ki evdə hamı ağlayır və deyirlər ki, bilmirik Zazanın başına nə gəlib. Həmin vaxt televizor qaraldı, nə yaxşıda ki, göstərmədi. Qonşular izola, lili yığılıb bizə gəlirlərmiş ki, Nino möhkəm qadındı gedək deyək televizorda göstərilənləri. Gəlib dedilər ki, Zazanı göstəriblər yaralıdır. Sən möhkəm qadınsan bəlkə xəstəxanalardan soruşasan haradadır. Bir yandan sevindim ki, yaralıdır. Çünki yaralıları tbilisiyə xəstəxanaya aparırdılar. Dedim həkimlərin əlində sağalar. Sən demə yazıq övladım artıq ruhunu da veribmiş”.

Çox gözləntidən və axtarışdan sonra Nino təsadüfən təcili yardımda çalışan öz əmisi uşağına rastlaşır. Hər iki saatdan bir onlar Qoridən yaralıları gətirirlərmiş və məhz ondan Qoridə Zazanı axtarmağı xahiş ediblər.

yaralı əsgərlər gətirirdilər. Onların arasında zazanı axtarırdıq. Hamısına deyirdik bəlkə bu zazadı. 4 mərtəbəli xəstəxananı qaça-qaça axtarmışıq ki, nə zaman gətirəcəklər.

” bu axtarışda 2 saat necə keçdi bilmədik. Birdə əmim uşağı zəng vurdu ki artıq gəlirik. Sən demə qohumlara deyibki zaza artıq yoxdur. Komputerdə axtarıblar artıq o zaman morqa aparıblarmış, tapa bilməyiblər. Uşaqları üçün çox çətindir. Hərdən danışırıq biri deyir mən xatırlayıram, o biri deyir mən xatırlamıram. Bilirik ki, əslində xatırlamırlar. Artıq böyüyürlər və ata sevgisi olmayanda çox çətin olacaq. Nəvələrim üçün bu fəxrdir. Deyəcəklər atamız qəhrəmandaır və Gürcüstan uğrunda həlak olub”.

Zaza dünyasnı dəyişdi, amma iki övlad Qiorqi və Sabanı qoyub getdi. Onlar artıq böyüyüblər, Qiorqi 12 Saba isə 9 yaşındadır.

Bugün Marneuli şəhərində Zaza Bocoidzenin adına park yerləşir, onun böyüdüyü küçəyə isə Zazanın adını veriblər.

 

Vladimir Chxitunidze

Amil Məmmədov

Aynurə Alieva

Rübəbə Muxtarova

Radio "Marneuli"
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register