Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib. Bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya videoçarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir. “Google” şirkəti bu funksiyanı “Android” üçün mobil proqrama əlavə edib. Lazımi sürəti seçmək üçün ekranın yuxarı sağ küncündəki üç nöqtənin üzərinə sıxmaq lazımdır. Hələlik sözügedən funksiya hər kəs üçün əlçatan deyil, amma bəzi istifadəçilər artıq qeyd ediblər ki, bu vərəqdə yalnız videonun keyfiyyəti deyil, həm də sürətini seçmək mümkündür.

1

“Facebook” sosial şəbəkəsi süni intellektin köməyilə tərcümə sistemini təkmilləşdirib. Sistemə süni intellekt elementlərinin daxil edilməsi avtomatik tərcümənin keyfiyyətini yüksəldib. Gün ərzində “Facebook”un avtomatik tərcümə xidməti təxminən 4,5 milyard çevirmə edir. Artıq sistem ayrı-ayrı sözləri və söz birləşmələrini deyil, bütöv cümlələri çevirə bilir. Şirkətdən bildiriblər ki, köhnə və yeni sistemdəki tərcümənin keyfiyyəti arasında ciddi fərq var. Belə ki, avtomatik tərcüməni qiymətləndirmək üçün istifadə olunan BLUE (bilingual evaluation understudy) göstəricisi yenilənmədən sonra bütün dillər üçün orta hesabla 11% artıb. Qeyd edək ki, “Google Translate” xidməti də ötən ilin noyabrından etibarən ayrı-ayrı sözləri deyil, bütöv cümlələri tərcümə edən neyroşəbəkələrdən istifadə etməyə başlayıb. Bu isə tərcümənin keyfiyyətini xeyli yüksəldib.

2

“SpaceX” şirkətinin əməkdaşları “Falcon Heavy” raketinin buraxılışının animasiya videosunu hazırlayıblar. Videonu öz Instagram səhifəsində İlon Mask yerləşdirib. “Falcon Heavy” raketinin ilk buraxılışı 2017-ci ilin noyabr ayına planlaşdırılıb. Mask hesab edir ki, ilk cəhd uğursuz olacaq. Səbəb kimi isə, o 27 mühərriyin sinxron işləməməsini göstərir. “Falcon Heavy” raketinin ilk pilləsi mərkəzi blok və “Falcon 9” raketinin ilk pillələrinin təkmilləşdirilmiş formasında olan iki yan sürətləndiricidən ibarətdir.

http://bax.tv/az-video/1737.html

Kanadanın Vaterloo Universitetinin alimləri ideal selfi çəkməyə kömək edən proqram hazırlayıblar. Bu, istifadəçini kameranı bütün mümkün şəkillərdən ən yaxşısının alınacağı yerdə quraşdırmağa yönəldən alqoritmdir. Alimlər alqoritm üzərində işləyərkən orta statistik insanların rəqəmsal 3D-skanlarını alıblar. Onlar smartfonun virtual kamerasını və kompüter işıqlandırmasını idarə etmək üçün kodları yazaraq yüzlərlə “virtual şəkil” yaradıblar. Bu, kompozisiyanın müxtəlif prinsiplərini, həmçinin sifətin vəziyyətini və ölçülərini, işıqlandırmanın istiqamətini öyrənməyə imkan verib. Bundan sonra minlərlə insan kraudsorsinq onlayn xidmətinin köməyilə ən yaxşı virtual fotolarını seçiblər. Alimlər səsvermə şablonunun riyazi modelini yaradıblar ki, bu da insanlara daha uğurlu fotolar əldə etməyə kömək edəcək alqoritmi hazırlamağa imkan verib. Daha sonra real istifadəçilər öncə standart kamera proqramının, sonra isə yeni proqramın köməyilə selfi çəkiblər. Alimlər onlayn reytinqlərə əsaslanaraq, belə nəticəyə gəliblər ki, yeni proqram selfini 26 faiz yaxşılaşdırıb.

3

Yüzlərlə zəhərli kimyəvi maddədən ibarət siqaret filterləri, ətraf mühitə şüursuzca atılır. Tədqiqatçılar, siqaret filterlərindən istifadə edərək daha dayanıqlı asfalt əldə etməyi bacardı. Hər il istehsal olunan 6 trilyon siqaret ilə 1.2 milyon tondan çox  filter zibili çıxarılmış olur. Zəhərli bir tullantı olan bu filteri ümumiyyətlə ətraf mühitə buraxılaraq çirkliliyə də səbəb olur. Avstraliyadakı RMIT Universitetindəki tədqiqatçılar , siqaret filterlərindən etibarlı bir şəkildə istifadə edilməsinin yeni bir yolunu tapdı.Asfaltın, qeyri-adi bu quruluş vəsaitindən necə yararlanabiləcəyini tətqiq edən qrup əvvəlcə içindəki zəhərli kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısını almaq üçün parladıcı bal şamı və bitümlü izolyasiya inkişaf etdirmişlər. Daha sonra siqaret filter tullantıları isti asfaltın quruluşuna əlavə edərək daha sıx bir quruluş olması təmin edilib. Siqaret filterli asfaltın testlərini reallaşdıran qrup, tıxacın sıx olduğu zamanlarda asfaltın daha dayanıqlı olduğunu  göstərdiyini ifadə edir. Əlavə olaraq yeni asfaltın digər asfaltlara müqayisədə istiləşməyə daha az meylli olduğu müşahidə edildiyini bildiriblər. Bu vəziyyət şəhərlərdə, yollardan qaynaqlı istilik artımının da qarşısını ala bilər. Bu tətqiqat, böyük bir tullantı problemini aradan qaldırarkən, yeni bir quruluş vəsaiti yaradılabiləcəyini də göstərir. Beləliklə siqaret filtrelərindəki yüzlərlə zəhərli kimyəvi maddə nəzarət altına alınmış və daha dayanıqlı yollar əldə edilmiş olacaq.

4

Tesla Owners Club Italia adlı klubun italiyalı pərəstişkarları, Tesla Model S avtomobilində bir şarj ilə 1000 km yol qət ediblər. Beləliklə onlar yeni rekorda imza atıblar. Sözügedən klubun üzvləri, Tesla Model S P100D avtomobilində bir dəfə şarj ilə 1078 km yol qət ediblər. Qeyd etmək lazımdır ki, bu model avtomobil ilə ən çox qət olunmuş yol rekordu 901.2 km idi. Yeni təcrübə əsnasında əldə edilmiş nəticə isə əvvəlki rekordu geridə qoydu. Yeni rekordu əldə etmək üçün sürücülər hər dəfə öz sürmə tərzlərini ayarlamalı olurdurlar. Onlar 29 saat ərzində İtaliyanın Salerno adlı şəhəri ətrafında saatda 40 km sürətlə hərəkət ediblər. Bundan əlavə olaraq avtomobildə olan batareyadakı enerji ehtiyatına qənaət etmək üçün sürücülər, aşağı sürtünmə təzyiqli xüsusi təkərlərdən istifadə ediblər. Təkərin hər bir fırlanması ilə yol səthinin təsiri nəticəsində təkər deformasiyaya uğrayır. Bununla yanaşı təkərin hazırlandığı materiallar qızır və mühərrikdən gələn enerjinin müəyyən hissəsini itkiyə verir. Lakin xüsusi texnologiya sayəsində bu itkiləri azaltmaq olar. Həmçinin isti hava şəraitinə öyrəşmiş italyanlar, avtomobili sürən zaman kondisionerdən istifadə etməyiblər. Bu da öz növbəsində enerjiyə qənaət etmək də yardımçı olur. “Tesla” şirkətinin bu model avtomobil üçün təyin etdiyi rəsmi maksimal məsafə həddi 500 km-dir. Bu isə əldə olunmuş rekord göstəricidən 2 dəfə azdır.

5

Keçdiyimiz həftə “Apple”nin HomePad-a aid əhəmiyyətli kodun sızdırılması nəticəsində “iPhone 8”-ə aid bir çox məlumatların ortaya çıxmasına səbəb olub. Bunlardan biri də “üztanıma” sistemidir. Belə ki, bu sistemə əsasən telefon masa üzərində düz dayandığı halda sahibinin üzünü tanıya biləcək. Bundan başqa, “üztanıma” sistemi əkizlərə aid üzləri belə ayırd edə biləcək qədər həssas olduğu deyilir.

6

Müasir gənclər günün çox hissəsini qulaqcıqlarla musiqiyə qulaq asır. Lakin çoxsaylı araşdırmalar göstərir ki, bu, çox təhlükəli və ziyanlı vərdişdir. “Demədi Demə” “YouTube” kanalının bu barədə hazırladığı video maraq doğurur.

http://bax.tv/az-video/1716.html

“Facebook” və “Instagram” sosial şəbəkələrində texniki qüsurlar yaranıb. Bu barədə sosial şəbəkələrin istifadəçiləri saytların rəhbərliklərinə müraciət edib. Qeyd olunur ki, texniki qüsurlarla İsveç, Danimarka, Estoniya, Polşa və digər ölkələrin istifadəçiləri üzləşib. “Facebook” rəhbərliyi yaranan problemlərlə bağlı açıqlama verərək qüsurların aradan qaldırılması üçün iş aparıldığını bəyan edib. Xatırladaq ki, bir neçə gün əvvəl “Skype” servisinin işində qüsurlar yaranmışdı.

7

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register