Gürcüstan vətəndaşları rus işğalına qarşı Qarapila-Xurvaleti ərazisində canlı zəncir bağlayıblar

jajvi

Mərkəzi avtomagistralda, Qarapilə-Xurvaleti ərazisində rus işğalına qarşı aksiya gedir.

Aksiya iştirakçıları rus işğalçı ordusundan 400 metr aralıda canlı zəncir qurublar. Onlar bu yolla rus işğalını və Gürcüstanın işğal olunmuş regionlarında Rusiyanın hərəkətlərini qınayır və etiraz edirlər.

Bugünkü aksiya 2008-ci ilin avqustundan 9 il keçməsinə həsr olunub. Aksiya iştirakçıları eləcə də 2008-ci ilin avqust müharibəsində Gürcüstanın bütövlüyü uğrunda həlak olan qəhrəmanlara hörmətlərini bildiriblər.

Aksiya iştirakçıları aksiyaya Gürcüstan bayraqlarını və sonrakı yazıların qeyd olunduğu banerlə aparıblar : “Mən bilirəm ki, sülh daha yaxşıdır, ona görə də müharibə üçün hazırıq”, “Güc birlikdədir” və.s.

Bugünkü aksiyada sıravi vətəndaşlarla birgə ictimaiyyətə tanış olan simalar da iştirak edib, onlar arasında idmançılar, siyasətçilər və ruhanilər də var imiş.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register