Qiorqi Marqvelaşvili: “Biz Gürcüstan torpağında heç bir məftili, heç bir xəndəyi, heç bir “Kalaşnikovlu” adamı tanımırıq

Biz, Gürcüstan vətəndaşları, eləcə də bütün beynəlxalq dostluqlar,Gürcüstan torpağında vətəndaşlara hərəkət etmək problemi yaradan heç bir “Kalaşnikovlu” adamı tanımırıq. Bu haqda Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili Muxatgverdi qardaşlarının qəbrinin yanında, administrasiya və təhlükəsizlik şurasının üzvləri ilə birgə Rusiya-Gürcüstan müharibəsində həlak olmuş qəhrəmanları yad edərkən bildirib.
Prezidentin qeyd etdiyinə görə, həlak olan qəhrəmanlar ölkə qarşısında öz borclarını qanları ilə ödəyiblər.
“Mən inanıram ki, hər bir insan azad, amma eyni zamanda ölkəsi qarşısında öhdəlikləri ilə doğulur. Biz bugün bu borcu öz qanları ilə ödəyən qəhrəmanların qəbrinin yanında dururuq. 9 il əvvəl Rusiya Federasiyasının ordusu suveren, demokratik ölkənin sərhədlərini keçərək bizim regionları işğal etdilər. Real olaraq, bu işğal hibrid müharibəsi şəklində, 90-cı illərin başlanğıcından, gürcü xalqının bəşəriyyət qarşısında bir dəfəlik öz müstəqilliyi, azad seçimi və müstəqil inkişaf yolu olduğunu bildirdiyi gündən başlayıb. Gürcüstanın sərhədlərinin pozulmasını dünya dostluğu etiraf etdi. O, zaman Gürcüstanın müstəqilliyi, süvereniteti və ərazi bütövlüyü BMT-də 1992-ci ildə tanındı. 2008-ci ilin ədalətsizliyi nəticəsində Rusiya həmin sərhəddi dəyişməyə cəhd göstərir. Rusiya çalışır ki, Gürcüstanın işğalı şəklində olan bu tarixi ədalətsizliyi, hansısa səhvlə doğrultsun və ya bu ədalətsizliyi nəyləsə izah etsin. Bu cəhddə Rusiya tamamilə təkdir. Biz, Gürcüstan vətəndaşları, eləcə də bütün beynəlxalq dostluqlar,Gürcüstan torpağında vətəndaşlara hərəkət etmək problemi yaradan məftili, heç bir xəndəyi, heç bir “Kalaşnikovlu” adamı tanımırıq. Real olaraq Gürcüstan sərhəddləri bütün bəşər üçün dəyişməzdir və bunda biz yalnız tərəfdaşlarımızla birgə deyil, ölkəmizin bu günə qədər gəldiyi möhkəmliklə dayanırıq”, – bildirir Qiorqi Marqvelaşvili.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments