Avqustun 9-da səhər saatlarında “Magticom”un mobil interneti 2 saat müddətinə söndürüləcək

topebis_masala_

“Magticom”un bildirdiyinə görə, avqustun 9-da səhər saatlarında operatorun abonentlərinin mobil internetdən istifadəsi məhdudlaşdırılacaq. Şirkətdən bildiriblər ki, texniki işlər planlaşdırılır və və səhər saat 3:00-dan 5:00-dək bütün Gürcüstan miqyasında 2G, 3G və 4G şəbəkələri söndürüləcək.

“Magticom bildirir ki, planlaşdırılan texniki işlərə görə avqustun 8-dən 9-a keçən gecə səhər saat 3:00-dan 5:00-dək bütün Gürcüstan miqyasında 2G, 3G və 4G şəbəkələri söndürüləcək ki, bu da fəal sessiyaların dayanmasına səbəb olacaq. Həmin müddətdə stansiyaların söndürülməsi mərhələli şəkildə olacaq və maksimum 10 dəqiqə çəkəcək,” – şirkətin yaydığı məlumatda bildirilir.

“Magticom” istifadəçilərinə xəbərdarlıq edib ki, mobil internetin bərpasından sonra əgər onların telefonlarında PDP sessiya avtomatik qoşulmursa, telefonun söndürülüb yenidən qoşulması lazım gələ bilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register