Marneulili gənc Kamran Kiryakovun “Bir dişlək alma” adlı romanı işıq üzü görüb

20626768_367596113659402_8623186916942380852_o

“Ədəbi Cəmiyyət” layihəsinin ideya müəllifi və qurucularından olan Kamran Kiryakovun ilk kitabı işıq üzü görüb.
“Bir dişlək alma” romanı Tbilisidə magistr təhsili alan gənc yazar Kamranın oxucularla kitab halında ilk görüşüdür. Müəllif Sovet İttifaqının dağılması prosesinin fonunda həmin dövrdə Gürcüstanda baş verən bir çox hadisələrə öz prizmasından nəzər salmışdır. Baş qəhrəmanının iztirab dolu ömürlüyü ilə birgə səmimi eşq səhnələri ilə zəngin olan romanın oxuculara təqdim olunacaq.
Yaxın günlərdə Gürcüstanın Marneuli şəhərində kitabın imza günü olacaq, ardından isə paytaxt Tbilisidə sırf tələbələr üçün ikinci bir imza günü təşkil olunacaqdır.
Kitab Tbilisidə nəşr olunub, tezliklə isə kitab mağazalarına paylanacaqdır. Kitab tez bir zamanda Azərbaycandakı kitab mağazalarında da öz yerini alacağı güman edilir.

Mənbə: “Ədəbi Cəmiyyət” səhifəsi

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register