Sarahah – Anonim mesajların yeni servisi

sara

Sarahah online mesajların anonim şəkildə göndərilməsinin yeni servisidir. Son günlər ərzində servis gürcü internet sahəsində  yetərincə məşhurlaşıb.

Veb-sayta qeydiyyat olmaq üçün asan prosedur keçmək yetərlidir. Elektron poçt və “nikname” qeyd edilməli, parol seçilməlidir. Qeydiyyat keçdikdən sonra istifadəçi, linki yayımlamaqla sosial şəbəkə istifadəçilərinə imkan yaradır ki, ona anonim şəkildə yazsınlar.

Anonim məktublar servisi yaradılan kimi onu ən tez Orta Asiya və Afrikada istifadə ediblər. Sonra isə Amerika və Avropa ölkələrində.

Gürcüstanda sayt bir neçə gündür məşhurlaşıb. Gürcü internet sahəsinin istifadəçiləri deyirlər ki, əsasən, sayta qeydiyyatdan keçməyə iki səbəbə görə qərar veriblər: Bilsinlər ki, dostları və ya qohumları onlar haqda nə fikirləşir; Sadəcə zamanlarını əyləncəli keçirsinlər.

13 iyul tarixində isə xüsusən bunun üçün mobil telefonlar üçün də aplikasiya yaradıldı. Bugün o, Android və eləcə də İOS platforması üçün əlçatandır. Sarahah-ın yaradıcıları deyirlər ki, faktiki olaraq, sayta və aplikasiyaya qeydiyyat olmuş istifadəçilərin anonimliyinin pozmaq və onların kimliyini müəyyənləşdirmək mümkünsüzdür.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register