Milli Kommunikasiya Komissiyası “Geocell”-i 30 000 lari dəyərində məbləğlə cərimələyib

komunikacia

Gürcüstan Milli Kommunikasiya Komissiyası “Geocell”i 30 000 lari dəyərində məbləğlə cərimələyib. Komissiyaya şikayətlə “Geocell”-ə qarşı MMC “Sistem Net” müraciət edib. “Geocell” “Elektron kommunikasiyalar haqında” qanunun tələbinə əməl etmədən,   komissiyanın razılığı olmadan beynəlxalq zənglərin bitməsi hissəsində xidməti məhdudlaşdırıb.

Komissiya cari ilin may ayında qeyd olunan mübahisəni müzakirə edib, MMC “Geocell”i yazılı şəkildə xəbərdar edib və dərhal qarşılıqlı qoşulma xidmətinin bərpasını tapşırıb. Ancaq, kompaniya komissiyanın qərarını yerinə yetirməyib. Buna görə MMC “Sistem Net” komissiyaya “Geocell”in əleyhinə bir daha şikayətlə müraciət edib.

“Bu dəfə, MMC “Geocell”30 000 lari dəyərində cərimələnib. Eləcə də, MMC “Sistem Net” üçün beynəlxalq zənglərin bitməsi hissəsində dayandırılmış qarşılıqlı qoşulmanın dərhal bərpa olunması və tərəflər arasında yazılı müqavilənin qoyulması tapşırıldı” – Milli Kommunikasiya tərəfindən yayımlanan bəyənatda deyilir.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register