Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“YouTube” video xidmətinin komandası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür. Mobil proqramdan çıxmadan videonu bir kontakt və ya dərhal kontaktlar qrupu ilə paylaşmaq olar, istifadəçilər təklif edilmiş videoya rəy yaza, həmçinin özləri video əlavə edə bilərlər. Funksiya “YouTube”da “Paylaş” düyməsinə quraşdırılıb, bu düyməyə sıxmaqla kontaktlar siyahısından videonun göndəriləcəyi şəxs və ya şəxsləri seçmək mümkündür. Həmçinin video üçün istinad əldə etmək və yeni dostları müzakirəyə əlavə etmək olar.

http://bax.tv/az-video/1778.html

Yaponiyada vəhşi heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş robot-müqəvva yaradılıb. Canavara oxşayan robotun uzunluğu 65 sm, hündürlüyü 50 sm-dir. Robot tük örtüyünə və iri dişlərə malikdir. Gözlərinə qırmızı LED-işıq yerləşdirilib. Qurğu səs imitasiya sistemi ilə təchiz olunub və canavar, insan, atəş səsləri və digər səslər çıxarır. Robota yerləşdirilmiş infraqırmızı sensor hərəkəti izləyir və lazım gəldikdə gözləri və səsi qoşur. Belə görünür ki, robot-canavar gecələr nəinki heyvanları, hətta insanları da qorxudacaq. “JA Kisarazu-shi” kənd təsərrüfatı kooperativi tərəfindən yaradılmış robotun prototipi iyun ayında uğurla sınaqdan çıxarılıb. Qiyməti 1800 dollara yaxın olacaq. Satışların sentyabrda başlaması nəzərdə tutulub.

“Samsung” korporasiyası “Galaxy S8” flaqmanının daha yaxşı müdafiəyə malik versiyası – “Galaxy S8 Active” smartfonunu rəsmən təqdim edib. Cihaz metal çərçivəli korpusa malikdir və 1,5 metr hündürlükdən hamar səthə düşərkən hər hansı problem yaranmır. “S8”dən fərqli olaraq, “S8 Active” maili deyil, düz və 5,8 ölçülü, 2960*1440 Super AMOLED displeylə təchiz olunub. Displey “Gorilla Glass 5” mühafizə şüşəsinə sahibdir. Əgər “Galaxy S8” smartfonu IP68 standartı üzrə toz və nəmdən qorunma texnologiyasına malikdirsə, “S8 Active” möhkəmlik üzrə MIL-STD-810G hərbi standartı ilə öyünə bilər. “S8”in batareyasının həcmi 3000 mAs, “S8 Active”in batareyasının həcmi isə 4000 mAs-dır. Qalan digər xüsusiyyətlərinə görə smartfonlar fərqlənmir. Yeni smartfonun satışına avqustun 11-də başlanacaq. Lakin əvvəlcə satış üçün eksklüziv hüquq yalnız ABŞ-ın AT&T şirkətində olacaq. Cihazın qiyməti 850 dollar təşkil edəcək.

Şimali Karolina Universiteti və Dyuk Universitetində çalışan alimlər qrupu tərəfindən yaradılmış mikroskopik ölçülü biotibbi robot ayrı-ayrı hüceyrələri tutmaq qabiliyyətinə malikdir. Alimlər tərəfindən yaradılmış robotlar bir tərəfinə metal çəkilmiş polimer kublardan ibarət massiv formasındadır. Bunun nəticəsində maqnit sahəsinin köməyi ilə onların hərəkətini idarə etmək olar, həmçinin robotları obyektləri tutmaq qabiliyyətinə malik və bir istiqamət üzrə hərəkət edən daha mürəkkəb struktur formasında qruplaşmağa məcbur etmək mümkündür. Robotun yaradıcıları hesab edirlər ki, gələcəkdə belə miniatür robotlar həkimlərə pasiyentlərin şiş hüceyrələri daxil olmaqla, ayrı-ayrı hüceyrələrini araşdırmağa imkan verəcək.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register