Tarixdə bu gün

Tarixdə bu gün 10.8.2017-cı il
E.ə.422-ci ilin 10 avqustunda Süleyman peyğəmbər tərəfindən inşa olunmuş məbəd babil çarı Navuxodonosor tərəfindən yandırılmışdır.
258-ci ilin avqustun 10-da Romada Müqəddəs Lavrenti odda yandırılmışdır.
10 avqust 1524-cü ildə Moskvada Novodeviçi qadın monastrı yaradılmışdır.
1895-cu ilin 10 avqustunda Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı – altıncı generalı, görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski 1895-ci ilin bu günü anadan olmuşdur.
1920-ci ilin 10 avqustunda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarmışdır.
1949-ci ilin bu günü ABŞ-ın müdafiə nazirliyi – Pentaqon yaradılmışdır.
Müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur.
10 avqust 1990-cı ildə Erməni terrorçu dəstələrinin Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunu partlatması nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments