Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çinin SAIC-GM-Wuling müəssisəsi dünyanın ən ucuz elektromobilini buraxıb. E100 elektromobili cəmi 5 min dollar dəyərindədir. “Smart ForTwo” stilində hazırlanan avtomobil ön asqı və tək rıçaqlı arxa asqıya malikdir. 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub. Elektrokar saatda 100 km sürətlə hərəkət edir və bir dəfə doldurulmaqla 155 km gedir. Akkumulyator 7,5 saata tam dolur. Avtomobil piyadaları tanıma sistemi və digər sistemlərə malikdir. Satışların nə vaxt başlayacağı və yeni məhsulun başqa ölkələrə ixrac edilib-edilməyəcəyi hələ açıqlanmayıb.

1

“WhatsApp” istifadəçiləri üçün böyük təhlükə yaranıb. Bu şəbəkə istifadəçilərinin mesajları silinə və yaxud başqa şəxslər tərəfindən oxuna bilər. “WhatsApp for Whatscan” adlı tətbiq “WhatsApp Web” prosessorunun QR kodunu istifadə edərək özünü kompüter kimi tanıdır və istifadəçilərin bütün mesajlarını görə bilir. Mesajları fərqli bir telefona keçirən və başqa telefonlardan aktiv olaraq, mesaj göndərilməsinə icazə verən tətbiq bütün mesajlarınızı silməklə yanaşı, başqalarına da göndərə bilər.

2

“Facebook” şirkətinə məxsus olan “Instagram” xidməti yeni funksiyanı (birgə canlı yayım) sınaqdan keçirməyə başlayıb. Sözügedən funksiya istifadəçilərə canlı yayımda iki aparıcı görməyə imkan verəcək. Birbaşa yayım dostlar və abunəçilərlə maraqlı ünsiyyət formatıdır, ancaq təklikdə insan özünü inamsız hiss edə bilər. Yeni funksiya asanlıqla tərəfinizdən yaradılmış canlı yayıma qonaq əlavə etməyə imkan verəcək, istifadəçilər əvvəlki kimi birbaşa yayımda “Like” edə və şərh yaza bilərlər. Canlı yayıma birgə çıxmaq üçün əvvəlcə istifadəçi özünə yayım yaratmalı, bundan sonra qonağı əlavə etmək üçün ekranın alt sağ küncündə iki təbəssümdən ibarət yeni düyməyə sıxmalıdır. Bundan sonra istifadəçilərin displeyində canlı yayım iki hissəyə bölünəcək. Yayımı yaradan istənilən vaxt qonağı əvəz edə bilər. Yeni funksiya hələ ki, az sayda istifadəçiyə əlçatandır, ancaq “Instagram” rəsmiləri söz veriblər ki, bir neçə ay sonra yeni funksiya hamı üçün əlçatan olacaq.

3

Almaniyanın Münhen Texniki Universitetinin alimlər qrupu donuz bağırsaqlarının selikli qişasından mukoprotidlər (mutsinlər) əsasında insan gözü üçün zərərsiz kontakt linzaları yaradıblar. Quru keratokonyunktivit göz mayesində “MUC5AC” mutsininin çatışmazlığı ilə müşayiət olunur. Bu, kontakt linzalarının taxılması zamanı problemlər yaradır, çünki mühafizə plyonkasının olmaması buynuz təbəqənin zədələnməsinə gətirib çıxarır. Almaniya alimləri mutsinin kontakt linzaları vasitəsilə birbaşa göz üstünə daxil edilməsi təklif ilə çıxış ediblər. Təsiredici maddə tərkibi insan mutsininə yaxın donuzların bağırsağından əldə olunur. Mütəxəssislər tərəfindən kontakt linzalarının gialur turşusu kimi maddələrlə yaxşı qatışan mutsin məhlulunda saxlanılması təklif edilib. Donuzların gözündə uğurlu sınaqlardan sonra insanlarla eksperimentlərin aparılması planlaşdırılır.

4

Günəş batareyalarının populyarlığı ildən-ilə artır. Bina və avtomobillərin damları günəş batareyaları ilə örtülür, “ağıllı” saat və başqa aksesuarlara qurulur. Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edirlər ki, XXI əsrin ortalarında günəş enerjisi elektrik enerjisinin əsas mənbələrindən biri olacaq. Almaniyanın Karlsruye Texnologiya İnstitutunun alimləri günəşdən qoruyan eynəklərin linzasını üzvi günəş panelləri ilə təchiz ediblər. Belə eynək toplanılmış enerjinin köməyi ilə ətraf mühitin temperaturunu və günəş işığının intensivliyini ölçür. Mikroprosessor və iki kiçik displey eynəyin cınaqlarına qurulub. Yeni linzaların çəkisi adi günəşdən qoruyan eynəklərdə istifadə olunan linzalardan ağır deyil. Onların qalınlığı 1,6 mm, çəkisi təxminən 6 qr təşkil edir. Fotoelementlərin işləməsi üçün lazım olan minimum işıqlanma dərəcəsi 500 lyuksa bərabərdir: bu ofislərin əksəriyyətində orta işıqlanma dərəcəsidir. Alimlərin sözlərinə görə, gələcəkdə sözügedən texnologiyanı daha böyük  obyektlərdə (məsələn, pəncərələrdə) tətbiq etmək mümkün olacaq. Həmçinin vaxt ötdükcə istehsalçılar eynəyi təkmilləşdirməyə ümid edirlər. Toplanılmış enerji kənar qurğuların (məsələn, eşitmə aparatları və ya addımölçənlər) enerji ilə doldurulmasında istifadə etmək üçün nəzərdə tutulur.

5

“Skype” komandası “PayPal” ödəmə sistemi ilə razılığa gələrək “iOS” və “Android” mobil əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğular üçün mobil proqramda pul göndərmək funksiyasını işə salıb. “Send Money” funksiyası ilk öncə 22 ölkədə fəaliyyət göstərəcək. Azərbaycan bu ölkələr arasında yoxdur. Sözügedən funksiyaya giriş əldə etmək üçün çatı sağ tərəfə dartaraq yeni opsiyanı seçmək lazımdır. Bu funksiyadan ilk istifadə zamanı olduğunuz yeri təsdiq etmək, bundan sonra “PayPal” hesabını “Skype” profilinə bağlamaq lazımdır.

6

Yaponiyada Tokio Universitetinin startapı olan “Xenoma” şirkəti tərəfindən insanın hərəkətlərini qeydə alaraq müvafiq informasiyanı mobil qurğu və ya kompüterə ötürmək qabiliyyətinə malik çoxsaylı sensorla təchiz edilmiş futbolka ixtira edilib. Bu futbolkanın əsas özəlliyi videokameralardan istifadə etmədən insan hərəkətlərinin tanınması dəqiqliyidir. Gələcəkdə bu qurğunun köməyi ilə müxtəlif xəstəlikləri müəyyənləşdirmək və ya video oyunlarda personajları idarə etmək mümkün olacaq. Şirkətdən hesab edirlər ki, futbolka bir çox sahələrdə tətbiq edilə bilər: insana idmanda öz bacarıqlarını yaxşılaşdırmağa, nəqliyyat vasitəsi, hətta  təyyarə idarə etməyi öyrənməyə kömək edə bilər. Hərəkətin tanınması üzrə müasir texnologiyaların əksəriyyəti kameralardan istifadəyə əsaslanır, ancaq “Xenoma” şirkətinin futbolkası informasiyanı onun üzərinə qurulmuş 14 sensordan toplayır. Toplanılmış məlumatları dərhal kompüter və ya mobil qurğuya ötürmək mümkündür. Həmçinin futbolkanı yumaq olar: o, hətta 100 dəfə yuyulduqdan sonra öz funksionallığını itirməyəcək.

7

“HP” şirkəti virtual reallıq kaskasına qoşulmaq üçün kompüterli çanta təqdim edib. “Z VR Backpack” adlanan çanta şirkətlərə əməkdaşları virtual reallıq eynəkləri vasitəsilə təlim keçməyə kömək edəcək, eləcə də müştərilərə məhsulların maketini “3D” formatında nümayiş etdirmək istəyən şirkətlər üçün əlverişli hesab edilir. Məsələn, daşınmaz əmlak agentliklərində müştərilərə bu şəkildə evləri göstərmək mümkün olacaq. Yeni sistemdən hərbçilərin, kosmonavtların məşqi, eləcə də uzaq məsafələrə yük daşıyan sürücülərin təlimi üçün istifadə etmək olar. Çantanı “HTC Vive  Business Edition” və ya “Oculus Rift” virtual reallıq kaskalarına qoşmaq mümkündür. Bildirilir ki, iyunda ABŞ istehsalçısı “Omen X Compact Desktop” çanta kompüterini nümayiş etdirsə də, o, “B2B” bazarı üçün deyil, oyun həvəskarları üçün nəzərdə tutulub. Yeni kompüter əvvəlki versiyadan güclüdür və dizaynı kiçikölçülüdür. Hər iki qurğuda “Intel Core i7” prosessoru quraşdırılıb, lakin biznes üçün olan versiyanın qrafikası daha yaxşıdır (Nvidia GeForce GTX 1080 prosessoru “Quadro P5200” ilə əvəz edilib). Qurğu 32 giqabayt operativ yaddaşla təchiz edilib. Satışına sentyabrda başlanacaq yeni kompüterin qiyməti 3299 dollar təşkil edəcək. Çantaya onu adi masaüstü kompüterə çevirən birləşdirici stansiya qoşmaq olar.

8

“Mozilla” faylların sürətli və təhlükəsiz mübadiləsi üçün “Firefox Send” adlı yeni xidmətini təqdim edib. “Firefox Send” xidməti fayl yükləndikdən sonra onu serverdən silir. Həmçinin fayl 24 saat ərzində yüklənmədiyi halda avtomatik silinir. Bir dəfəyə yalnız bir fayl göndərmək olar, ancaq yeni xidmət son gün ərzində bütün yükləmələrin tarixçəsini özündə  saxlayır. Həmçinin istinadları mübadilə buferinə köçürmək imkanı mövcuddur. Bu konsepsiya yeni deyil. Belə xidmətlər (məsələn, file.io) mövcuddur, amma “Mozilla” şirkətinin həlli sürəti və sadəliyi ilə fərqlənir. Xidmətdən istifadə üçün “Mozilla”da hesab və “Firefox brauzerinin mövcudluğu tələb olunmur. Yeni xidmət ayrıca sayt şəklində fəaliyyət göstərir. Qeyd edək ki, xidmət bütün brauzerlərdə işləmir. Məsələn, “Safari” brauzerində işləmir.

9

Cənubi Koreyanın “LG Electronics” şirkəti növbəti qabaqcıl “V30” smartfon modelinin “Plastic OLED FullVision” displeylə təchiz edilən dünyanın ilk qurğusu olacağını açıqlayıb. QHD+ 2880×1440 piksel təsvir ölçülü 6 düym diaqonallı ekrana malik olacaq “LG V30” modelinin tərəflərinin nisbəti 2:1 təşkil edəcək. “V20” modeli ilə müqayisədə yuxarı çərçivənin eni 20%, aşağı çərçivənin eni 50% azalacaq. Məlumata görə, panelin kənarları yumruvarı şəkildə olacaq. İstehsalçı nümayəndələrinin sözlərinə görə, displey toxunuşa müasir ekranlarla müqayisədə daha tez reaksiya verəcək. 2,45 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 835” prosessoru əsasında yaradılacaq yeni qabaqcıl “LG V30” modelinin rəsmi nümayişi avqustun 31-nə, satışları isə sentyabrın ortalarına planlaşdırılır.

10

“Xiaomi” şirkəti dünyada telefon istehsalçılarının siyahısında aparıcı yerlərdən birini tutub. Bu halda şirkət ABŞ-da öz telefonlarını satmır. “Strategy Analytics”in məlumatına əsasən, 2017-ci ilin ikinci rübündə “Samsung” ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% daha çox telefon tədarük edib. 79,5 milyon telefon satmış şirkət əvvəlki kimi dünyada aparıcı smartfon aparıcı istehsalçısı adını qoruyub saxlayır. “Xiaomi” şirkəti ilk dəfə dünyada telefon istehsalçılarının siyahısında beşinci yeri tutub. “Samsung” və “Xiaomi” şirkətlərindən fərqli olaraq, “Apple”in işləri istədiyi kimi deyil. Bu şirkət əvvəlki kimi siyahıda ikinci yeri tutur, amma satış həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bir faiz azalıb. Ehtimal ki, növbəti “iPhone” smartfonunun təqdimatından sonra vəziyyət düzələcək.

11

“Lenovo” şirkəti “Windows 10 S” əməliyyat sisteminin idarəetməsi ilə işləyən  noutbukları bazara çıxarmış ilk kompüter istehsalçılarından biridir. Çin istehsalçısının çeşidinə “Lenovo N23” (280 dollar) və “N24” (310 dollar) modelləri daxil edilib. Hər iki aparat 1366×768 nöqtə təsvir ölçülü 11,6 düymlük “IPS” ekran, 4 QB əməli və 64 QB daxili yaddaş, çıxarılıb taxılan daşıycılar üçün microSD slotu, həmçinin “USB 3.0”, “USB 2.0”, “HDMI” portları ilə təchiz ediliblər. Yeni qurğular yalnız onlara qurulmuş prosessorlarla fərqlənir: “N23” noutbukuna “Celeron N3160” çipi qurulub, “N24” modeli isə daha güclü “Celeron N3450” və “Pentium N4200” prosessorlarının idarəetməsi altında işləyə bilər. Noutbuklara adi “Windows” ilə müqayisədə daha sürətli işləyən və yüksək təhlükəsizlik səviyyəsinə malik olan yeni “Windows 10 S” əməliyyat sistemi quraşdırılıb. Qurğularda tətbiq edilmiş konstruksiya onlardan planşet kimi, yaxud başqa vəziyyətlərdə (məsələn, filmləri izləmək və ya təqdimatların keçirilməsi) istifadəyə imkan verir.

12

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register