Ən sürətli internet, Sinqapurdadır. Bəs Gürcüstan bu cədvəldə neçənci yeri tutur? (STATİSTİKA)

internet

   Ən sürətli genişzolaqlı internet, Sinqapur, İsveç və Tayvandadır.

Bu siyahıda ABŞ, 21-ci, Kanada, 26-cı, İngiltərə, 31-ci yerdə qərarlaşıb. 189 ölkə üzrə aparılmış tədqiqat nəticəsində məlum olub ki, Gürcüstan bu siyahıda 70-ci, Azərbaycan 102-ci, Ermənistan 92-ci, Rusiya Federasiyası isə 43-ü yeri tutur. Ən zəif internet, Burkina-Faso, Qabon və Yəməndədir.

M-Lab-ın, 189 ölkə üzrə apardığı araşdırma əsnasında məlum olub ki, ən sürətli yükləmə sürətinə sahib olan ölkə Sinqapurdur (saniyədə 55.13 Mbit). İkinci yeri İsveç (saniyədə 40.16 Mbit) tutub. Üçüncü yerdə isə Tayvan (saniyədə 34.40 Mbit) qərarlaşıb. 21-ci yeri tutumuş ABŞ-da bu göstərici, saniyədə 20.00 Mbit, 26-cı yeri tutmuş Kanadada bu göstərici, saniyədə 18.03 Mbit, 31-ci yeri tutmuş İngiltərədə isə bu göstərici, saniyədə 16.51 Mbit sürət təşkil edir. 43-cü yerdə qərarlaşmış qonşu ölkə Rusiyada orta yükləmə sürəti, saniyədə 11.59 Mbit-dir.

70-ci yeri tutmuş ölkəmizdə isə orta yükləmə sürəti, saniyədə 5.86 Mbit-dir. Araşdırmanın nəticəsində qeyd olunur ki, Sinqapur vətəndaşı, Full HD formatlı (7.5 GB) filmi, 18 dəqiqə 34 saniyə ərzində yükləyə bilər. Amerikalıda həmin müddət 51 dəqiqə 13 saniyə, britaniyalıda isə 1 saatdan bir qədər çox zaman təşkil edəcək. Ölkəmizdə isə Full HD filmi yükləmək üçün 2 saat 54 dəqiqə 42 saniyə vaxt sərf etməli olacaq.

Nəticələrin olduğu tam siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register