“Gələcək klubu” yay məktəbi keçirir

Tsereteli kəndində 9 aprel Memorialınının reabilitasiyası layihəsi çərçivəsində Polşa tərəfi qeyri hokümət təşkilatı təşübbüs qrupu Gələcək Klubu layihəsinə maliyə dəstəyi göstərdi. Layihə 14-19 yaş arası gənclər üçün yay məktəbinin təşkil olunmasını nəzərdə tutur. Layihə haqqında təşkilatçılardan olan Maka Menteşaşvili məlumat verdi.
“Bu yay məktəbi çərçivəsində 4 trening seminar keçiriləcək. Bunlardan biri turistlik yerlərin tanıdılması üçün marneulidə mövcud tarixi yerlərin və heykəllərin gözdən keçirilməsi baş tutacaq. Layihə sonunda isə yay məktəbi iştirakçılarına mükafatlar təqdim olunacaq”-Maka Menteşaşvili qeyd edir.
Yay məktəbi çərçivəsində gənclər treningləri aktiv vətəndaş, könüllülük, məlimlik layihəsinin populaşdırılması və zorakılıq mövzulardında keçəcəklər. Yay məktəbi yekununda sertifikatlar teqdim ediləcək.
Radio Marneuli
Şəlalə Əmircanova516 Posts
0 Comments