Tarixdə bu gün
Tarixdə bu gün 11.8.2017-cı il.
11 avqust 1473-cü ildə Fateh Sultan Mehmetin başçılıq etdiyi Osmanlı ordusu, Otluqbeli döyüşündə Həsən bəy Bayandurun başçılıq etdiyi Ağqoyunlular ordusunu məğlub etmişdi.
1492-ci ilin 11 avqustunda VI Aleksandr Roma Papası seçilmişdir.
11 avqust 1929-cu ildə Sürixdə yəhudiləri Fələstinə göndərməklə məşğul olan agentlik yaradılmışdır.
1944-cü ilin bu günü “Osservatore Romano” katolik qəzeti vasitəsilə Roma Papası russları Varşavada qiyam qaldıran polyaklara kömək etməyə çağırmışdır.
1995-ci ilin 11 avqustunda Səudiyyə Ərəbistanda 4 Türk vətəndaşı qılıncla başı kəsilərək edam edildi. 14 Avqustda 2 Türk vətəndaşı daha eyni üsulla edam edildi. 17 avqustda Baş nazir Tansu Çillər, edamların dayandırılması üçün Prof. Dr. Nevzat Yalçıntaşı Səudiyyə Ərəbistanına xüsusi elçi olaraq göndərdi və 20 avqustda Səudiyyə hökuməti edamların dayandırdığını açıqladı.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments