Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Messencerin köməkliyi ilə pul əldə etmək də olacaq. WhatsApp-a yaxın günlərdə Payments adlı yeni funksiya əlavə olunacaq. Bu funskiya vasitəsilə istifadəçilər, birbaşa messencerin köməkliyi ilə pul göndərə və ya əldə edə biləcəklər. Pul köçürmələri isə UPI adlı ümumi bank ödəniş sistemi vasitəsilə reallaşdırılacaq. Hələ ki, bu funksiyanın hansı ölkələrdə aktiv olacağı məlum deyil. Xartırladaq ki, WhatsApp-a pul köçürmələri funksiyasının əlavə olunması xəbəri hələ bu ilin Aprel ayında yayılmışdı.

1

“Facebook” şirkəti tərəfindən yeni təqdim edilən “Watch” xidməti “YouTube”un analoqu olacaq. “Facebook” sözügedən servisi ciddi inkişaf etdirmək və televiziya ilə rəqabət aparmaq niyyətindədir. “Facebook Watch” servisi istifadəçilərə şirkətin öz pulu hesabına yaradılacaq eksklüziv məzmun təqdim edir. Həm müəyyən verilişlərə, həm də bütün hazırlanan çarxlara abunə əlçatan olacaq. Bundan başqa, gənc müəlliflər yeni auditoriya cəlb edə və öz məhsulunu inkişaf etdirə, cəmiyyətlər yarada və çarxlardan pul qazana biləcəklər. Bü gündən etibarən yeni xidmət ABŞ-da məhdud sayda istifadəçilər üçün  əlçatandır və gələcəkdə bütün dünya üçün əlçatan olacaq. İnternetdə yüksək rəqabətli olan video bazarı “Facebook” üçün yeni gəlir mənbəyi olacaq. Eksklüziv partnyorlar reklamdan əldə edilən gəlirin 55%-ni alacaqlar. Artıq şirkət “Vox Media”, “BuzzFeed”, “ATTN”, “Group Nine Media” və başqaları ilə əməkdaşlıq etməyə başlayıb. Yeni xidmət üçün “National Geographic”in verilişləri, qadın milli basketbol assosiasiyasının çarxları, amerika beysbol liqasının oyunları və valideynlər üçün şou hazırdır. “Facebook” şirkəti yeni xidmətini istifadəyə verməklə yalnız “YouTube” ilə deyil, həm də “Netflix”, “Disney” və başqa genişmiqyaslı platformalarla rəqabət aparmalı olacaq.

2

“Facebook” şirkətinə məxsus olan İnstaqram xidməti yeni funksiyanı (birgə canlı yayım) sınaqdan keçirməyə başlayıb. Sözügedən funksiya istifadəçilərə canlı yayımda iki aparıcı görməyə imkan verəcək. Birbaşa yayım dostlar və abunəçilərlə maraqlı ünsiyyət formatıdır, ancaq təklikdə insan özünü inamsız hiss edə bilər. Yeni funksiya asanlıqla tərəfinizdən yaradılmış canlı yayıma qonaq əlavə etməyə imkan verəcək, istifadəçilər əvvəlki kimi birbaşa yayımda “Like” edə və şərh yaza bilərlər. Canlı yayıma birgə çıxmaq üçün əvvəlcə istifadəçi özünə yayım yaratmalı, bundan sonra qonağı əlavə etmək üçün ekranın alt sağ küncündə iki təbəssümdən ibarət yeni düyməyə sıxmalıdır. Bundan sonra istifadəçilərin displeyində canlı yayım iki hissəyə bölünəcək. Yayımı yaradan istənilən vaxt qonağı əvəz edə bilər. Yeni funksiya hələ ki, az sayda istifadəçiyə əlçatandır, ancaq İnstagram rəsmiləri söz veriblər ki, bir neçə ay sonra yeni funksiya hamı üçün əlçatan olacaq.

3

“İnstaqram”-da artıq yeni dövr başlayır. Artıq bu sosial şəbəkədə başqa dostunla birlikdə canlı yayım etmək mümkün olacaq. Yəni, canlı yayım edən şəxs yayıma onu izləyənlərdən istənilən istifadəçini qonaq qismində əlavə edə biləcək. Hazırda yeni funksiya test olunur. Qeyd edək ki, yeni özəllik yaxın vaxtlarda istifadəçilərə təqdim olunacaq.

4

Bir ildən uzun müddətdir xüsusi mesajlaşma xüsusiyyətini test edən YouTube, bu xüsusiyyəti nəhayət bütün istifadəçilərinə təqdim etdi. Şirkət daha əvvəl etdiyi şərhlərdə, bu xüsusiyyəti gətirməsinin səbəbinin mobildə istifadəçilərini tətbiq içində daha çox vaxt keçirtmələrini təmin etmək olduğunu ifadə etmişdi.Videoları paylaşmaq xüsusiyyətini aktuallaşdıran YouTube, artıq istifadəçilərinə video haqqında xüsusi mesajlaşma üzərindən danışma imkanı təqdim edir. Şirkət xüsusiyyət haqqında daha əvvəl etdiyi açıqlamalarda “Telefonunuzdan paylaşmağı daha asan, daha sürətli və daha əyləncəli hala gətirir” şərhini edirdi. Xüsusilə YouTube-da videoları ünvan dəftərinizdə iştirak edən kəslərlə ya da bir link üzərindən 30 adama qədər qruplarda paylaşabilərsiniz. Paylaşılan videoları mesaj içində də yenidən baxmaq imkanı təmin edir. Bunun yanında videolar haqqındakı fikirlərinizi mesajlarla ifadə edə biləcəyiniz kimi emojilərdən də istifadə edərək ya da Instagram-dakı kimi videonun yanına ürək emojisi əlavə edərək göstərə bilərsiniz. YouTube, bu yeniləmə ilə istifadəçi ünsiyyətini şərh qisimindən xüsusi mesajlara daşımağı hədəfləyir. Eynilə Twitter-da olduğu kimi istifadəçilərin iki fərqli sahədə də təsirli olmasını istəyən YouTube beləcə özünü bir yayım platformasından çox sosial şəbəkə olmağa daha çox yaxınlaşdırır. Bu YouTube-un özünü sosial şəbəkəyə çevirmə mövzusundakı ilk cəhdi deyil. Şirkət ötən il də Backstage xüsusiyyəti üzərində çalışaraq istifadəçilərinin video xaricində məzmunlar paylaşmasını test etməyə başlamışdı. Mesajlaşma xüsusiyyəti müvəffəqiyyətli olsa YouTube, bir sosial şəbəkəyə çevrilmənin ilk addımını atmış olmanın yanında istifadəçilərinin də mobildə daha çox vaxt keçirməsini təmin etmiş olacaq. Bu xüsusiyyətin ən gözəl yanı isə, videolar haqqında YouTube şərhləri xaricində bir yerdə çat edə bilməkdir.

5

“YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib. Bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya video çarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir. “Google” şirkəti bu funksiyanı “Android” üçün mobil proqrama əlavə edib. Lazımi sürəti seçmək üçün ekranın yuxarı sağ küncündəki üç nöqtənin üzərinə sıxmaq lazımdır. Hələ ki, sözügedən funksiya hər kəs üçün əlçatan deyil, amma bəzi istifadəçilər artıq qeyd ediblər ki, bu vərəqdə yalnız videonun keyfiyyəti deyil, həm də sürətini seçmək mümkündür.

6

Analitiklər əmindirlər ki, istifadəçilər displeydə istənilən hissənin üzərinə sıxmaqla smartfonu blokdan çıxara biləcəklər.Cənubi Koreya istehsalçıları barmaq izləri skanerini gələcək smartfonda OLED texnologiyası ilə hazırlanmış displeyin alt hissəsinə quraşdırmaq niyyətindədirlər. Analitiklərin fikrincə, “Samsung”, həmçinin gözün qüzehi qişasının tanınması daxil olmaqla, başqa biometrik autentifikasiya metodlarından istifadədən imtina etməyi planlaşdırmır. Əvvəlki şayiələrə əsasən, 23 avqust tarixində təqdim ediləcək “Samsung Galaxy Note 8” smartfonunda barmaq izləri skaneri arxa panelə quraşdırılacaq.

7

“Game Live” mobil proqramı indi “Play Store” mağazasında əlçatandır. “Game Live” mobil tətbiqi smartfondakı oyunu birbaşa “Facebook”, “Twitch” və “Youtube” xidmətlərində yayımlamağa imkan verir. İstifadəçi oyunun yazısını saxlaya və sonra onu sosial şəbəkələrdə paylaşa, həmçinin baş verənləri şərh edə və bilavasitə oyun zamanı başqa iştirakçıları eşidə bilər. Cənubi Koreyanın “Samsung” şirkəti iki il bundan əvvəl oyun həvəskarlarına (qeymer) diqqət göstərməyə başlayıb. “Samsung” şirkətinin smartfonları “Vulkan API” – real vaxt rejimində 3D qrafikaya malik proqramları əks etdirməyə imkan verən interfeysi rəsmən dəstəkləyən ilk qurğulardır. Son vaxt şirkət qeymerlər üçün müntəzəm olaraq müxtəlif proqramları (məsələn, “Game Launcher” və “Game Turner” kimi) təqdim edir.

8

Cari ilin avqustunda təqdim ediləcək “Sharp Aquos S2” smartfonu bir sıra özəlliklərə malik olacaq. İnternetdə yerləşdirilmiş renderlərin nəticəsinə görə, smartfonun xüsusiyyətləri bu ilin lider aparatlarından geri qalmayacaq və çərçivəsiz olacaq. “Sharp” şirkətinin baş direktoru Lo Çjunşen deyib: “Tam ekran dizaynın mahiyyəti istifadəçi təcrübəsinin yaxşılaşdırılması və vizual rahatlıq əldə etməkdir”. Barmaq izi skaneri ekrana quraşdırılacaq ki, bu da yenilikdir.

9

Sosial media nəhəngi Facebook hər istifadəçiyə həsr olunmuş videoya doğru addım atıb. Bu, onun Youtube və televiziya şəbəkələrinə meydan oxuması hesab olunur. İstifadəçilər tezliklə yeni Watch(İzlə) adlı platformada sosial şəbəkə tərəfindən maliyyələşdirilən şoulara baxa biləcək. İstifadəçilərin şoulara baxış seçimi onların dostlarının nələri izlədiyinə də bağlı olacaq. Tamaşaçılar şoulara şərh yaza biləcək və şou üçün nəzərdə tutulmuş qruplarda dostları ilə fikirlərini bölüşə biləcək. “Şouya baxış passiv olmalıdır,” şirkətin təsisçisi MarkZuckerberg Facebook statusunda yazıb. “Bu təcrübə ilə bölüşmək və təxminən eyni şeyləri baxan insanları birləşdirmək şansı ola bilər.” Video bir müddətdir ki, Facebook-da mövcuddür, amma indiyədək əsasən xəbər qurumlarının qısa klipləri və həvəskar videolar nümayiş etdirilirdi. İndiki halda isə istifadəçiləri videodan əvvəl, eləcə də baxış zamanı hədəflənmiş reklam gözləyəcək. Watchyeniliyini irəli sürməklə Facebook qarışıq və mürəkkəb bir bazara girir. Burada onu ənənəvi televiziyalar, eləcə də YouTube və Netflixkimi video şəbəkələri ilə yarış gözləyir. Watch bütün dünyada təqdim edilməmişdən öncə ABŞ istifadəçiləri üçün mövcud olacaq.

10

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register