Tserakvi təhsil mərkəzinin qurulması davam edir

seraqvi

“Vətəndaş Büdcəsi” layihəsi Tserakvi kəndində təhsil mərkəzinin qurulmasına başlandı.

Layihə çərçivəsində binaya dam örtüyü qurulacaq, otaqlarda taxta qapı-pəncərələr plastmas qapı-pəncərələr ilə əvəz olunacaq. Binanın hər iki mərtəbəsində giriş qapısı dəmir qapı olacaq. Döşəmələr seramik daşlar düzüləcək. Binanın hər iki mərtəbəsi tamamilə təmir olunacaq.

Binanın ətraf perimetrinə, həyətinə gəldikdə isə ərazi təmizlənəcək, yağış sularının düzgün istiqamətdə axıb həyətdən uzaqlaşması üçün də kiçik qac qazılacaq. Həyət hasarlanacaq, mərkəzə giriş cığırları salınacaq.

Xatırladaq ki, “Vətəndaş Büdcəsi” layihəsi çərçivəsində maliyyələşdirilib. Binanın təmir olunması üçün Yerli Hakimiyyətə Tserakvi kənd sakini Tatia Şenqelia ərizə yazmışdı. Təhsil məkrəzinin məqsədi gənclərə qeyri rəsmi təhsil verməkdir. Mərkəz rəngagəng olacaq, beləki, burada müxtəlif təhsil proqramları və “Yazıçılar Məktəbi” yaranacaq. Mərkəz kənd sakini olan gənclərə və məktəb şagirdlərinə xidmət edəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register