Məvacibin yüksək olduğu şəhərlər – FОТО

Almaniyanın maliyyə nəhəngi “Deutsche Bank” dünyada insanların ən yüksək əməkhaqqı ilə çalışdığı şəhərlərin siyahısını müəyyən edib.
Radio Marneuli xəbər verir ki, siyahının zirvəsində İsveçrənin Sürix şəhəri qərarlaşıb. Burada aylıq əməkhaqqı bəzən 5 min 876 dollar təşkil edir.
Ən çox maaş verilən şəhərlərin siyahısı aşağıdakı kimidir:
1. Sürix, İsveçrə – 5876 dollar
2. San Fransisko, ABŞ – 4817 dollar
3. Boston, ABŞ – 4322 dollar
4. Nyu-York, ABŞ – 4304 dollar
5. Çikaqo, ABŞ – 3622 dollar
6. Sidney, Avstraliya – 3451 dollar
7. Melburn, Avstraliya – 3344 dollar
8. Oslo, Norveç – 3154 dollar
9. Sinqapur, Sinqapur – 3077 dollar
10. Kopenhagen, Danimarka – 2958 dollar
Bundan başqa, Frankfurt, Paris, London, Tokio kimi şəhərlərdə də ən yüksək maaşlı işlər təklif edilir.
Mənbə: Oxu.az
Amil Məmmədov2286 Posts
0 Comments