Dişlərin müayinəsi üçün həkimə hansı hallarda müraciət olunmalıdır

stomatoloq

 İnsan orqanizmində daim qulluq tələb edən üzvlərdən biri də dişlərdir. Hazır qidaların qəbulu, çay və qəhvə, keyfiyyətsiz su içilməsi dişlərin bəzən sıradan çıxmasına səbəb olur. Dişlərin sağlam olması üçün onları sadəcə təmizləmək kifayət deyil. Dişlərə düzgün quluq olunmalı və tez-tez həkimə müraciət edilməlidir.

Dişlərin müayinəsi üçün  həkimə hansı hallarda müraciət olunmalıdır və regionmuzda əsasən hansı xəstəliklər yayılmışdır. Bu sualmızı həkim stomatoloq Elad İsmayılov cavablandırdı. O, bildirdi ki, ən çox damaq, karies, diş əti, diş ətlərində çəkilmə və s. kimi xəstəliklər yayılmışdır.

Həkim stomatoloq onu da qeyd etdi ki, xəstəliklərin əmələ gəlməməsi üçün uşaq yaşlarında, ən azı ildə bir dəfə həkimə müraciət olunmalı və ən əsası da gigiyenaya diqqət edilməlidır.

Həkim öz məsləhətində onu da bildirdi ki, valideynlər uşaqları çox vaxt həkimlə qorxudurlar, bunu etmək lazım deyil.

Sağlamlığmız üçün dişlərmizi qorumalı və qayğısına qalmalıyıq.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register