One Cavcasus 2017- üçün hazırlıqlar başlayıb

collage221

One Cavcasus 2017- üçün hazırlıqlar başlayıb. Serakvidə Artıq 4-cü dəfə musiqili festival keçiriləcək. 16 ölkədən 30 nəfər könüllü artıq çalışmağa başlayıb. Dörd ildir ki, Serakvinin ictimai məktəbi, vahid Qafqazın boş sahə roluna sahiblənir. Festivalın əsas ideyası haqqında bizə festival təşkilatçısı Vitek Hebanovski danışdı.

“Əsas odur ki biz premyera etməyə hazırlaşırıq. Düşünürəm ki ən böyük premyeralar ən azı üç dəqiqə olacaq. Amma əgər keçən illərin təcrübəsini də nəzərə alsaq çox da ola bilər və bütün ansambllar olacaq. Baxmayaraq ki hansı ölkədən gəliblər onların məqsədi başqa ölkələrin ansamblları ilə birgə tam fərqli növ musiqi yaratmaqdır. Festivalın əsas məqsədi isə qafqaz gənclərinin görüşməsi üçün müasir sahə yaratmaqdır”.

Festivalda keçən üç ildə olduğu kimi, bu ildə sosial muzey, sərgi sahəsi, musiqili səhnə və qida obyektlərindən ibarət olan festival kəndi yaranacaq. Festival könüllüsünün və arxitektorlardan birinin, Rafael Muhəmmədin dediyinə görə kəndin dizaini üzərində 8 arxitektordan ibarət konstruksiya qrupu artıq çalışmağa başlayıb.

“Biz indi dizayn üzərində işləməyə başlayırıq. Bu il 8 arxitektorumuz var. Onlarla birgə çalışırıq. Hələ bilmirik necə olacaq amma istəyirik ki yerli mədəniyyətlə əlaqələndirək. Ona görə biz kəndlərə gedirik və yerli sakinlərlər əlaqə saxlayırıq ki onların fikrini öyrənək”.

Ayaz Kərimov artıq ikinci ildir ki, One Cavcasus-un könüllüsüdür və onun üçün festivalın əsas cəzbi iş təcrübəsi və yeni dostlar qazanmaqdır.

One Cavcasus 2017 marneulidə Serakvi kəndind 24 avqustda başlayacaq və 27 avqusta başa çatacaq.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register