Şəfəq “One Caucasus”-dan – “Bu, zaman sərhəddlər yox idi, düşmənlər də yox idi. Onlar bir-biri ilə musiqi ilə ünsiyyət qururdular”
Şəfəq Bakı Dövlət Universitetinin axırıncı kursunun tələbəsidir. Festivalın ilk günündən dəyişməz könüllü, əməkdaşdır. Ola bilsin 2017-ci ildə keçiriləcək festival onun üçün sonuncu olsun, çünki təhsilini hər hansı bir Avropa ölkəsində davam etdirməyi planlaşdırır. Vahid Qafqaz Festivalının veteranı Şəfəq bizə “Vahid Qafqaz”ı necə kəşf etdiyini və bu layihədə iştirak etməsinin ona nə verdiyi haqqında danışır:
“Təsəvvür edin, hər il bura müxtəlif ölkələrdən könüllülər gəlirlər. Yeni-yeni adamlar. Burada əylənirsən və eyni zamanda öyrənirsən. Bir sahədə italiyalı qız və efiopiyalı oğlan birgə işləyirlər. Mən bunu Azərbaycanda görə bilməzdim, bu layihə olmasa heç Gürcüstanda da görə bilməzdim. Beynəlxalq layihələrdə iştirak böyük təcrübədir. Mən 2015-ci ildən bu layihədəyəm”
4 ildir ki, festivalda Ermənistandan, Azərbaycandan, Polşadan musiqi qrupları iştirak edir. Onlar yeni bəstələr yaradırlar, bir-biri ilə qarışdırılmış musiqi janrları festival səhnəsindən səslənir. Təşkilatçılar sərhədi, dini, milliyəti olmayan azad sahə və qarşılıqlı əlaqələrə istiqamətlənmişlər, Şəfəq də buna misallar göstərir:
“Azərbaycanlılarla bağlı misal göstərə bilərəm və bu ermənilərə də aiddir. Uşaqlıqdan deyirlər ki biz bir-birimizə düşmənik! Bu gün bu vəziyyət ruslar və ukraynalılar arasında da mövcuddur. Buraya gəldikdə isə eyni işi görürlər. Bir sahədə birgə yemək yeyirlər. Onların bir-biri haqqında təsəvvürləri dəyişir. Buna qədər başlarında olan düşüncələri silib, yenisini yazırlar. Bunu kimi nümunələr məndə motivasiya yaradır. Ermənistandan və Azərbaycandan musiqi qrupları gəlmişdi. Erməni dəstəsinin nağaraçısı yox idi və onlara konsertdə Azərbaycan dəstəsinin nağaraçısı yardım etdi. Bu zaman sərhəd yox idi, düşmən deyildilər. Onlar bir-biri ilə musiqi ilə əlaqə yaradırdılar. Bu çox gözəldir!”
Transsərhəd layihələrində iştirak etmək tez-tez mənfi kontekstdən dəyərləndirilir. Xüsusilə əgər bu Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdırsa.
“Əlbəttə, bizim belə layihələrdə iştirakımıza Azərbaycanda yaxşı baxmırlar. Lakin düşünürəm ki, burada nə baş verdiyini çox yaxşı bilirlər və əgər xoşlarına gəlməsə, çoxlu maneələrlə qarşılaşardıq. Lakin hər il buradayıq”.
Şəfəq bildirir ki, Azərbaycandan çox sayda qızların burada könüllü olaraq iştirak etmək istəkləri var idi. Hətta 6 qız seçiblər. Lakin səyahətə bir həftə qalmış onlar imtina ediblər, çünki valideynləri evdən buraxmayıblar:
“Valideynlər bilmirdilər ki, qızlar bu layihədə iştirak etmək üçün qeydiyyatdan keçiblər. Fakt qarşısında qalmaq belə kömək etmədi. Valideynlər festivalda ilk dəfə iştirak edəcək hər kəsə zəng vururdular. Çünki bu “düşmən” qorxusu yaradırdı. Misal üçün, mən ilk dəfə gələndə valideynlərimi aldatdım və elə gəldim. Geri qayıtdıqdan sonra isə hər şeyi onlara danışdım və bu gün heç bir problem yoxdur. Artıq alışıblar.”
marneulifm1106 Posts
0 Comments