Hüquq mühafizəçiləri Ponicalada əməliyyat zamanı iki nəfəri saxlayıblar

news4

Kvemo Ponicalada, Tsurdaveli küçəsində dünən, xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı narkotikə görə iki nəfəri saxlayıblar.

DİN-dən İpn-ə bildirilən məlumata görə, saxlanılan şəxslərə qarşı cinayət məcəlləsinin 260-cı maddəsinin birinci və dördüncü hissəsi ilə istintaq gedir. Maddə narkotik vasitələrin qeyri-qanuni əldə olunması-saxlanmasını nəzərdə tutur.

Qonşuların məlumatına görə saxlanılanlar qardaşdır. Yerində hüquq mühafizəçiləri və xüsusi təyinatlılar olublar. Qonşular deyir ki, indiyə kimi saxlanılan qardaşların oxşar işlərdə iştirak etməsi haqqında eşitməyiblər. Onların sözlərinə görə qardaşların ikisi də ehtiyacı olan ailədəndir.

Saxlanılanların ailə üzvləri isə bildirirlər ki, ittiham səbəbsizdir. Saxlanılananların qardaşı Samrat Cəfərov deyir ki, xüsusi təyinatlılar ailə üzvlərini evdən çıarıb və sonra deyiblər ki, evdə narkotik vasitə tapıblar.

Ailədə eləcə də istisna etmirlər ki, fakt qonşularla olan konfliktlə bağlıdır. Saxlannılanın qardaşı bildirir ki, yaxında yaşayan qonşu onlardan evlrəini uçurmağı tələb edirdi. Saxlanılan şəxslərin qardaşı istisna etmir ki, konfliktləri olan qonşunun hüquq mühafizəçiləri ilə əlaqəsi olsun.

“Evdə idim, birdən polislər evə doldu, ailə üzvlərini evdən çıxardılar. Evə girməyə icazə vermədilər. Hər yeri yoxladılar və sonra dedilər narkotik vasitə tapıblar. Bu həqiqət deyil. Bizim evdə narkotik maddə saxlanılmırdı və heç vaxt da olmayıb. Ancaq onlara izah etməyə imkan vermədilər və mənim iki qardaşımı həbs etdilər. DİN-dən tələb edəcəyik ki, qardaşalrımı azad edib yenidən ekspertiza keçirsinlər”, – deyir Samrat Cəfərov.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register