Cecelava: Kənd məktəbləri şəhərlə müqayisədə geri qalıblar, milli azlıqların məktəbləri isə lap geri qalıblar

news

Tbilisinin mərkəzində məktəblər demək olar ki, Avropa təhsilini təmin edirlər. Ancaq kənd məktəbləri möhkəm geridə qalıblar, – bu haqda Elm və Təhsil naziri Aleksandre Cecelava “Palitranyusun” “360 dərəcə” verilişində bildirib. onun sözlərinə görə, bütün bunlar birbaşa pedaqoqların məsələsi ilə bağlıdır”. Kənd məktəbləri şəhər məktəbləri ilə müqayisədə geridə qalırlar. Əlbəttə orada da irəliləyiş var, amma, yenə də milli azlıqlar kənd məktəbləri ilə müqayisədə daha da geridə qalıblar. Bu birbaşa pedaqoqlara bağlıdır Kəndlərdə təbiətşünaslıq fənni müəllimləri yoxdur. Fizika, kimya, riyaziyyat və biologiya bütün kəndlərdə çətindir. Bu həm də onun günahıdır ki, 25 il ərzində müəllim peşəsinin prestiji öldürülmüşdü. Gənclər nə kəndə nə şəhər istəmirdilər. Yalnız bizim 2016-cı ildə cəhdimizlə 1000 nəfər tələbə pedaqoji fakultəyə qəbul oldu. Biz mütləq bacaracağıq ki, kəndlərdə də milli azlıqların məktəblərində də təbiətşünaslıq fənnləri üzrə pedaqoqlar qayıtsın və təhsilin səviyyəsi qalxsın”, – deyə Cecelava bildirib.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register