Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Yaxın gələcəkdə internetdən istifadə etmək üçün Wi-Fi əvəzinə Li-Fi istifadə edə bilərik. Alimlərin 4 ildir üzərində çalışdığı yeni “Li-Fi” texnologiyası “Wi-Fi”ın alternativinə çevrilərək ondan 100 dəfə sürətli ola bilər. Bu, yüksək keyfiyyətli filmi bir neçə saniyədə yükləyə biləcəyimiz mənasına gəlir.

The Next Web” nəşrində dərc edilmiş “We Are Social” və “Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb. Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon artır. Hazırda dünyada ən böyük sosial şəbəkə “Facebook”dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. Onların 87%-i mobil qurğulardan istifadə edir, 59%-i isə hər gün “Facebook”a daxil olur. Aktiv istifadəçilərinin sayı 1,5 milyard təşkil edən “YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri “WhatsApp”, “Facebook Messenger” və “WeChat” messencerləri tutublar. “Telegram” messencerinin auditoriyası 100 milyon aktiv istifadəçidən ibarətdir və bu göstərici üzrə “VKontakte” sosial şəbəkəsini geridə qoyur. Bu yaxınlarda Pavel Durov məlumat verib ki, hər gün sözügedən messencerdə 600 min insan qeydiyyatdan keçir.

1

Alimlər tərəfindən smartfon üçün yaradılmış alət vasitəsilə orqanizmi diaqnostika etmək olar. ABŞ-da İllinoys Universitetinin alimləri yığcam laboratoriya hazırlayıblar. Bu qurğunun köməyi ilə qan, ağız suyu və sidiyi analiz etmək olar. Bu analiz “TRI” adlandırılıb. Bu yaxınlarda əməkdaşlar bəzi analizlər üçün sözügedən texnologiyadan istifadə ediblər. Analizlərdən biri biomarkeri müəyyənləşdirməli idi, məhz bu göstərici vaxtından əvvəl doğuşa təsir edir, ikinci analiz yeni doğulmuş uşaqlar üzərində aparılır, çünki bu analiz körpənin inkişafının və boyunun normada olub-olmadığını göstərir. Analizlərin nəticəsi adi laboratoriyada aparılmış testlərlə eyni olub.

EKG

Cənubi Koreya robotlara vergi tətbiq edilən ilk dövlət ola bilər. Bu barədə “Mashable” saytı məlumat yayıb. Təşəbbüsün səbəblərindən biri ölkədə işsizliyin artması ilə bağlıdır. Belə ki, bu il işsizlərin sayı 1,17 milyon nəfər olub. Eyni zamanda, Cənubi Koreya ən çox robotlaşmış ölkədir. İstehsalda çalışan hər 10 min əməkdaşa 531 robot düşür. Robot vergisi şirkətlərin avtomatlaşdırılmış istehsala sərmayə yatırmaq həvəsini azaldaraq insanlar üçün iş yerlərinin açılmasına səbəb ola bilər.

3

Messencerin köməkliyi ilə pul əldə etmək də olacaq. WhatsApp-a yaxın günlərdə Payments adlı yeni funksiya əlavə olunacaq. Bu funskiya vasitəsilə istifadəçilər, birbaşa messencerin köməkliyi ilə pul göndərə və ya əldə edə biləcəklər.Pul köçürmələri isəUPIadlı ümumi bank ödəniş sistemi vasitəsilə reallaşdırılacaq.Hələ ki, bu funksiyanın hansı ölkələrdə aktiv olacağı məlum deyil. Xartırladaq ki,WhatsApp-a pul köçürmələri funksiyasının əlavə olunması xəbəri hələ bu ilin Aprel ayında yayılmışdı.

4

Alimlər Endryu Ris və Kristofer Denfort belə qənəatdədirlər ki, “Instagram” sosial şəbəkəsində yerləşdirilmiş şəkillər depressiyanın ağır formasının mövcudluğundan xəbər verə bilər. 166 nəfər arasında keçirilmiş araşdırma nəticəsində məlum olub ki, onlardan 71-də depressiya əlamətləri mövcuddur. Araşdırmanın iştirakçıları “Instagram” sosial şəbəkəsindəki 43 min şəkli əlçatan ediblər. İnformasiyanın toplanılması və ilkin əlamətlərin təhlili məqsədilə meta məlumatların (şəkil və fonun rəngi, ətraf mühit üzrə məlumatlar, üz ifadəsinin tanınması) toplanılması metodu seçilib. Bəzi kliniki tədqiqatlar haqda məlumatlardan istifadə edilərək yaradılmış xüsusi proqram təminatı 70% halda ciddi xəstəliyin mövcudluğunu düzgün proqnozlaşdırıb və vaxtında müalicəyə başlamağa imkan verib.

5

“Android 8” mobil əməliyyat sisteminin istifadəçiləri qurğunun yaddaşında boş yer olmadıqda belə yeniləməni yükləyə biləcəklər. Bu haqda “Android” sistemi tərtibatçılarının rəsmi saytında dərc edilmiş sənəddə deyilir. Funksiya qurğudakı yaddaşın istifadəçi və sistem sektorlarına bölünməsi hesabına reallaşdırılıb. Daxili saxlancın texniki hissəsində həmişə lazımi boş sahə saxlanılacaq, bu da boş yer çatışmazlığı kimi problemin qarşısını alacaq. İlk dəfə belə bölünmə hələ 2016-cı ildə istifadəyə verilmiş “Android” sisteminin yeddinci versiyasında peyda olub, ancaq sözügedən sistemdə bütün yeniləmələr əvvəlcə istifadəçi sektoruna yüklənir və yalnız bundan sonra sistemə köçürülür. Gözlənildiyi kimi, yeni yanaşma yalnız dolmuş yaddaş kimi problemin qarşısını almayacaq, həm də sistem üçün yeni proqram təminatının quraşdırılma prosesini xeyli sürətləndirəcək. Məlumat üçün bildirək ki, “Android 8” əməliyyat sistemi (həmçinin “Android O” kimi tanınır) rəsmən mayın ortasında təqdim edilib.

6

Mobil İnternet Brauzer bazarında Samsung və Google qarşı-qarşıya gələcək. Android cihaz dəstəyini genişlədən Samsung İnternet Browser beta versiyası, Google Chrome-u-təhdid edir.Daha əvvəl Google Pixel və Pixel XL modellərinin yanında yalnız Samsung smartfonları üçün təqdim edilmiş olan Samsung Internet Browser beta versiyası, bundan belə Android 5.0 Lollipop və üstünə sahib hər kəs tərəfindən yüklənməsi mümkün olacaq. Samsung tərəfindən Android istifadəçiləri üçün inkişaf etdirilən və 6.2 yenilənməsi edən Samsung İnternet Browser Beta, bu sayədə cihaz dəstəyini də genişləndirmişdir. Beləcə şirkət artıq Google Chrome qarşısına da əhəmiyyətli bir rəqib çıxarmış oldu. Əlavə olaraq, yeni gələn gecə rejimi, web səhifələrini daha rahat görməniz üçün yüksək kontrast nizamı və bütün cihazlarının arasında sinxronizasiya etmə imkanı yenə Samsung İnternet Browser 6.2 beta versiyası içərisində yer alır. İstifadəçi interfeysi, yüksək performans, üçüncü partiya əlavələri, daxili reklam blocker, 360 dərəcə videolara dəstək və daha çox isə Samsung-un mobil internet skanerinin mövcud olan xüsusiyyətləri arasında yer alır.Beta versiyasın da olduğu kimi Samnsung İnternet Browser stabil versiyasının da digər Android cihazlar üçün nə zaman dəstək təqdim edəcəyi mövzusunda isə hələ hər hansı bir məlumat təqdim edilməyib. Digər tərəfdən bu dəstəyin çox da gecikəcəyini düşünmürük.

7

“YouTube” video xidmətinin komandası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür. Mobil proqramdan çıxmadan videonu bir kontakt və ya dərhal kontaktlar qrupu ilə paylaşmaq olar, istifadəçilər təklif edilmiş videoya rəy yaza, həmçinin özləri video əlavə edə bilərlər. Funksiya “YouTube”da “Paylaş” düyməsinə quraşdırılıb, bu düyməyə sıxmaqla kontaktlar siyahısından videonun göndəriləcəyi şəxs və ya şəxsləri seçmək mümkündür. Həmçinin video üçün istinad əldə etmək və yeni dostları müzakirəyə əlavə etmək olar.

“Sharp” şirkəti “Aquos S2” smartfonunu təqdim edib. Displey aparatın ön hissəsinin 85%-ni “zəbt edib”. Buna baxmayaraq, “Sharp” şirkəti displeyin alt hissəsində fiziki düyməni saxlamağa müvəffəq olub, “Free Form Display” texnologiyası sayəsində ön kamera həmişəki yerində saxlanılıb. Yapon şirkətinin aparatı 2040×1080 təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Smartfon “SoC Snapdragon 630” prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq fləş yaddaşa malikdir. Bundan başqa, “microSD” kartından istifadə imkanı mövcuddur. Həmçinin “SoC Snapdragon 660” prosessoru, 6 QB əməli yaddaş və 128 QB fləş yaddaşa malik versiya satışa çıxarılacaq. Əsas kamera ikiqatdır. Datçiklərdən birinin təsvir ölçüsü 12 meqapiksel, digərində isə 8 meqapikseldir. Ön kameranın təsvir ölçüsü, həmçinin 8 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2930 milliamper/saat təşkil edir. “Quick Charge 3.0” texnologiyası dəstəklənir. Aparat “Android 7.1.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Smartfonun ölçüləri 141,8x72x7,9 mm, çəkisi isə 140 qr-dır. Qara, ağ, göy və yaşıl rəngdə əlçatandır. 14 avqust tarixində sözügedən aparat satışa çıxarılacaq.

8

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkəti 1,5 milyard dollarlıq istiqraz buraxacaq. Məqsəd “Model 3″ün istehsalı üçün yeni maliyyə mənbələri cəlb etməkdir. Bu il “Tesla”nın səhmlərinin dəyəri 67% artıb, şirkətin bazar dəyəri isə 60 milyard dollara çatıb. Bu sahədə “Tesla” ənənəvi istehsalçılar “General Motors” və “Ford Motor”u üstələyir. Xatırladaq ki, “Model 3” elektromobili bu il martın sonunda təqdim edilib. May ayına olan məlumata görə, şirkət 500 minə yaxın ilkin sifariş toplayıb.

9

Bakteriyalar vasitəsilə enerji toplayan akkumulyatorlar olduqca faydalı enerji mənbəyi ola bilər. Binhemton Universitetində kompüter elmləri assistenti Sioken Çoy artıq 5 ildir çirkli sular vasitəsilə enerji toplayan elastik akkumulyatorların yaradılması imkanını nəzərdən keçirir. Onun yeni innovativ batareya konstruksiyası yalnız insan seliyinin bir damcısından istifadə etməklə işıq diodunu işıqlandırmaq qabiliyyətinə malikdir. Qeyd olunur ki, bakterial batareyaların bu tipləri mikrob yanacaq elementləri əsasında işləyir. Bu elementlər bərpa və oksidləşmə reaksiyalarının həyata keçirilməsi üçün bakteriyalardan istifadə edir. Reaksiyalar nəticəsində elektrik enerjisinin hasili üçün molekullar arasında elektronlar dəyişdirilir. Alimlər qurğunun yoxlanılması zamanı 1 kvadrat santimetr üzrə bir neçə mikrovatt güc əldə etməyə nail olublar. Bu isə bir ədəd batareyanın köməyi ilə işıq diodunu aktivləşdirməyə imkan verib. Tədqiqatçıların fikrincə, gələcəkdə yeni batareya birdəfəlik diaqnostik qurğuların enerji ilə doldurulmasında istifadə oluna bilər.

10

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register