Prezident: Gün gələcək abxazlar və oslarla birgə dövlət quracağıq

გიორგი-მარგველაშვილი-e1486027501621

Gürcüstan Prezidenti Qiorqi Marqvleşavili Abxaziya müharibəsinin başlamasından 25 illiyi ilə bağlı bəyənat verib. Prezident silahlı konflikt zamanı dünyasını dəyişənlərin xatirəsini şərəflə yad edib:

“Bizim ən yaxın faciəmizin baş verməsindən – Abxaziya müharibəsinin başlamasından əsrin dörddə biri ötür. Qanlı qarşıdurma hər iki tərəfdən minlərlə bizim vətəndaşların həyatını itirməsinə səbəb oldu. Bizim cəmiyyətlə bərabər bir daha onların xatirəsini şərəflə yad edirəm.

Dərindən inanıram ki, biz abxaz və os qardaşlarımızla birgə bütün vətəndaşların təhlükəsizliyi və iqtisadi firavanlığı, siyasi hüquqlarının müdafiəsi, etnik, dini və mədəni dəyərlərin qoruyub-saxlanılması bizim ümumi işimizin olacağı, güclü, inkişaf etmiş, demokratik və sülhlə dolu dövlət qura biləcəyik”, – deyilir Prezidentin bəyənatında.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register