Pedaqoqlar üçün “Konstitusiyada müəllimlər” adlı esse müsabiqəsi elan olunub

konstitusiya

Təhsil portalı  EDU.ARIS.GE, Gürcüstan Prezidentinin dəstəyi ilə, ölkə miqyasında  “Konstitusiyada müəllimlər” adlı esse müsabiqəsi elan edib.

Müsabiqədə hər bir fəaliyyətdə olan, keçmiş və ya təqaüdə çıxmış müəllim, fəaliyyətdə olan məktəb direktoru, direktor müavini (peşədə olduğunu təsdiqləyə bilənlər) iştirak edə bilərlər.

Müsabiqəçilər bir-biri ilə məktəb rəhbərliyinə əsasən, rayon və regionlar çərçivəsində rəqabət aparacaqlar, bu isə deməkdir ki, ümumlikdə 16 qalib olacaq. Ən yaxşı esselərin müəllifləri 500 lari dəyərində mükafat qazanacaqlar.

Ən yaxşı esse müəlliflərini xüsusi olaraq təşkil olunmuş mərasimdə Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili mükafatlandıracaq!

Müsabiqənin qaliblərini səlahiyyətli və ictimaiyyətə yaxşı tanış olan juri elan edəcək. Bunlar: Konstutionalist – Dimitri Qeqenava, Filoloq və Linqvist, professor Tsira Barbaqadze, Ədəbiyyatşünas və yazıçı Qiorqi Kekelidze, jurnalist Toma Çaqelaşvili və Prezidentin müşaviri Pikria Çixradze.

Müsabiqə üçün esse qəbulunun son müddəti 20 sentyabr 2017-ci ildir.

Müsabiqə qaydaları haqda ətraflı məlumatı linkdən əldə edə bilərsiniz:

https://edu.aris.ge/news/maswavleblebi-konstituciaze-eseebis-konkursshi-monawileobis-pirobebi

Mənbə: edu.aris.ge

 

 

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register