Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Indiegogo” (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında yeni qurğunun – “Modius” adlı qulaqlıqların istehsalı üçün vəsait toplanılmasına başlanılıb. Bu qulaqlıqlar beyinə iştahanı boğan siqnalları yollayır, həmçinin piyi yandırmağa imkan verən metabolik hormonları aktivləşdirir. Yeni qurğunun bədəndəki piyləri 16 faiz azaldacağı gözlənilir. Bu, pəhriz və məşqlərdən imtina etməyə imkan verəcək. Qurğudan dörd ay ərzində hər gün 45 dəqiqə istifadə etmək lazımdır. Cihaz aktivləşdirildikdən bir saat sonra iştahanın azaldığını hiss etmək olar. Qurğu Kaliforniya Universitetində fəaliyyət göstərən britaniyalı nevroloqların “Neurovalens” şirkəti tərəfindən 4 ay ərzində sınaqdan keçirilib. Nevroloqlar təsdiq ediblər ki, piy toxumasının həcminin azalması orta hesabla 8 faiz təşkil edir. Məhsul artıq tənbəl müştərilər və investorlardan təxminən 1,5 milyon funt toplayıb. Qulaqlıqların ilk seriyasının cari ilin payızında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti təxminən 300 dollar təşkil edəcək. Qeyd edək ki, bir çox alimlər istehsalçıların “beyini aldatmaq” ideyasını dəstəkləmirlər. Hələlik oxşar qurğular gözlənilən nəticələri verməyib.

1

“Microsoft” şirkəti öz əməliyyat sisteminin server və işçi stansiyalar üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib. “Windows 10 Pro for Workstations” versiyası məhsuldarlıq və təhlükəsizliyin gücləndirilməsi üçün çox yüklənmiş peşəkar sistemlərdə tətbiq edilən bir sıra texnologiyaları dəstəkləyir. Yeni versiya “Microsoft” üçün hazırlanmış server səviyyəli fayl sistemini – “ReFS” (Resilient File System), “NVDIMM-N” enerjidən asılı olmayan əməli yaddaşı, həmçinin kompüterlər arasında “SMB Direct” şəbəkəsi üzrə böyük həcmli məlumatların sürətli mübadilə texnologiyasını dəstəkləyir. Bundan başqa, yeni versiyanı 4 prosessorlu (adi “Pro” maksimum iki mərkəzi prosessor dəstəkləyir) və 6 terabaytadək (“Pro” versiayda 2 TB-dəkr) əməli yaddaşa malik sistemlərə quraşdırmaq olar. İşçi stansiyalar üçün nəzərdə tutulmuş “Windows 10 Pro” sistemi sonuncu “Intel Xeon” və “AMD Opteron” prosessorlarını dəstəkləyir. “ReFS” fayl sistemi məlumatların bütövlüyünü qoruyaraq informasiyanın maksimum əlçatanlığını təmin edir. Bu fayl sistemi nəzəri cəhətdən 4,7 zettabaytadək (1 zettabayt 1 milyard terabaytdır) dəstəkləyir.

2

“Facebook” gizli şəkildə Çində foto mübadiləsi üzrə əlavə – “Colorful Balloons” xidməti yaradıb. Bu barədə “The New York Times” məlumat yayıb. Əslində, “Colorful Balloons” Çinin “App Store”unda bu ilin mayından mövcuddur. Xidmət və onun tərtibatçısı “Youge Internet Technology” şirkəti “Facebook”la əlaqəsini açıq bildirmir, lakin xidmətin rəhbəri Çjan Tszinmey Çinin sosial şəbəkələrinin nümayəndələrinin tənzimləyici orqanla görüşündə “Facebook”un Çindəki nümayəndəsi Van-Li Mozerlə yanaşı oturub. Çində 2009-cu ildə blok edilmiş “Facebook”un nümayəndəsi “Colorful Balloons”la əlaqələrini təsdiqləməyərək yalnız onu deyib ki, şirkət Çin bazarı ilə maraqlanır və ölkə haqqında daha çox öyrənməyə çalışır. NYT yazır ki, Çində gizli əlavə buraxmaq “Facebook”un çıxılmazlığını göstərir. Belə ki, şirkət dünyanın ən böyük online bazarı olan Çinə qayıda bilmir.

3

Türkiyənin Ankara və Ege universitetinin mütəxəssisləri Günəş sisteminə 212 işıq ili uzaqlığında yerləşən bir planet kəşf edib. Elm adamları bu planetin Yupiterə bənzədiyini açıqlayıb. 2007-ci ildə Ankara universitetinin başçılığı ilə başladılan yeni planet axtarışlarına yapon və rus elm adamları da qoşulub. Ankara Universiteti Kosmos və Astronomiya fakültəsinin rəhbəri Məsud Yılmaz tapıntı ilə bağlı açıqlama verib: “Bildiyim qədərilə Yaponiya, ABŞ, Fransa və Kanada kəşf etdikləri ilk planetə ad qoymuşdular. Biz də bu ənənəni davam etdirmək istəyirik. Planetə “Türk”, “Türk1” ya da “Atatürk” adını qoymaq istəyirik. Bunun üçün bir səsvermə də təşkil edəcəyik”.

4

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register