Bu gündən etibarən qaydadan artıq səs salmaq cəzalandırılacaq

extra news radio1

Bu gündən “Admnistrativ hüquq pozuntuları məcəlləsi” qüvvəyə minir. Həyata keçirilən dəyişikliklərə əsasən akustik səs-küy salmaq və gecə saatlarında pirotexnika cihazları  istifadə etmək cəzalandırılacaq.

Əsasən, gün və gecə saatlarında yaşayış evlərində, şəxsi mülkiyyətdə olan daşınmaz əmlak və ya ictimai müəssisələrdə akustik səs standartları əlavə ediləcək və fiziki-hüquqi şəxslərə xəbərdarlıq ediləcək.

Qeyd edilən, hadisənin təkrarlanması  təqdirində, fiziki şəxslər 150 lari dəyərində, hüquqi şəxslər 500 lari dəyərində məbləğlə cərimələnəcəklər.
“Admnistrativ hüquq pozuntuları məcəlləsinə” əsasən gün saatları olaraq saat 08:00-dan 23:00-dək,  gecə saatlarına 23:00-dan 08:00-dək daxildir.
Qeyd edilməlidir ki, səs standartları ilə bağlı qadağa aviasiya, dəmir yolu, dəniz və avtomobil infrastrukturuna, gün ərzində davam edən tikiliş və təmir təmir işlərinə aid deyil.

Pirotexnika cihazlarının istifadsinə gəldikdə isə “Admnistrativ hüquqi məcəlləsinə” əsasən gecə saatlarında fiziki şəxslər 150 lari dəyərində məbləğlə cərimələnəcəklər. Qeyd edilən hadisənin bir il ərzində təkrar edilməsi nəticəsində isə fiziki şəxs 300, hüqui şəxs isə 1000 lari dəyərində cərimələnəcək.

Bu maddənin məsuliyyəti yeni ildə, 31 dekabr  saat 21:00-dan 2 yanvar saat 23:00-a dək, və 13 yanvar saat 21:00-dan 14 yanvar saat 23:00-a dək aradan qaldırılacaq.  Eləcə də 9 Aprel və 26 May Gürcüstanın Müstəqillik günü də bu sıraya daxildi.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register