İcra başçısının istefası ilə bağlı növbədən kənar iclas keçirildi

marneuli

Marneuli bələdiyyəsinin icra başçısı Merab Topçişvilii istefa verdi. O, bununla bağlı 11 avqust cümə günü bələdiyyə məclisinə  rəsmi ərzə ilə müraciət etdi. Bələdiyyə məclisi Merab Topçişvilinin ərizəsini müzakirə etmək üçün 14 avqust tarixində növbədən kənar iclas keçirdi. Marneuli bələdiyyə aparatının sədri Nino Beridze Marneuli radiosuna iclas haqqında geniş məlumat verdi.

“Ərizə bələdiyyə məcilisinə cümə günü təqdim edilmişdir. Qanunda ərizənin təqdim edilməsindən iki gün ərzində icra başçısının səlayyihətlərinin dayandırılması nəzərdə tutulub. Yəni şənbə günü artıq Marneuli bələdiyyəsinin icra başçısı Merab Topçişvilinin səlayyihətləri artıq dayandırılmışdır”.

Nino Beridze onu da bildirdi ki, bələdiyyə məclisini növbədən kənar iclasında Vahid Milli Hərəkat partiyasının deputatının istefası və büdcədə olan mühüm dəyişikliklər də müzakirə edildi.

“Bu gün növbədən kənar iclas baş tutdu. İclasda yeganə məsələ bu deyildi, əsas mövzulardan biri də büdcəyə edilən dəyişikliklər idi. İlk məsələ icra başçısının istefası idi. Sonra isə Vahid Milli Hərəkatın deputaının istefası və müvafiq olaraq siyahı ilə onun yerinə gələn Aqil Mustafayevin bələdiyyə məclisinə qəbul edilməsi və ona sələayyihətlərin verilməsi məsələsi müzakirə edildi”.

Nino Beridze onu da əlacvə etdi ki, iclasda büdcədə qənaət edilən məbləğin Sadaxlı kəndinin daxili yollarının bərpasına xərclənməsi məsələsi də müzakirə olundu.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register