Nurgül kəndində daxili yolların abadlaşdırılması prosesi sona çatdı

nurgul

Marneuli Bələdiyyəsində, yol infrastruktura sisteminin səhmana salınması prosesləri davam edir. Hazırda Sereteli Ərazi Vahidliyində yerləşən Nurgül kəndinin daxili yollarında aparılan abadlıq işləri sona çatdırılıb.

İnfrastruktur layihələr çərçivəsində 1 808 metrlik məsafə asfaltlaşdırıldı. Layihə Bölgələrdə Həyata Keçiriləsi Layihələr Fondundan və yerli büdcədən maliyyələşdi. Onun ümumi dəyəri 318 588laridir. Bölgələrdə Həyata Keçiriləsi Layihələr Fondundan 172 038 lari, yerli büdcədən isə 146 550lari xərclənib.

Sözü gedən kənddə, yolun bərpa işləri mərhələ ilə həyata keçirilirdi. 2015–2016cı illərdə yolun bir hissəsi bu il isə tamamilə kəndin yolları asfaltlaşdırıldı.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register