Bakıda keçirlən Çempionlar Liqasında “Qarabağ” komandası qələbə qazanıb

sport news

15 avqust tarixində “Qarabağ” komandası Bakıda Çempionlar Liqasının pley-off təsnifat mərhələsində birinci matçda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 1 – 0 hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu “Qarabağ”ın effektli hücumundan sonra 25-ci dəqiqədə Mahir Mədətov vurub.

Birinci taymda “Kopenhagen” hücuma keçməyə can atsa, oyunu gərginləşdirməyə çalışsa da ikinci taym “Qarabağ”ın tam üstünlüyü ilə keçib.

“Qarabağ” minimal hesabla qalib gəlsə də öz qapısından qol keçirməyib. Bu, Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq komandanın Çempionlar Liqasının qrup mərhələsinə keçmək şansını artırır.

İdman Azərbaycan televizyası onu da yazır ki, cavab görüşü avqustun 23-də Kopenhagendə olacaq.

Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Bizim üçün hər oyun bir təcrübədir. İldən ilə komandanın təcrübəsi artır. Sadəcə Çempionlar Liqasının bu mərhələsində üçün təcrübəmiz azdı” – dedi.

Xatırladaq ki, “Qarabağ” pley-off yolunda Gürcüstanın “Samtrediya” komandasına 5:0 və 1:0, Moldovanın “Şerif” komandasına 0:0 və 2:1 hesabı ilə qalib gəlib.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register